Karusel (Bu gün, 12:54)
Mingəçevirin icra başçısının kirvələr və qohumlar hakimiyyəti
İlham İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduğu gündən indiyə kimi adı müxtəlif qalmaqallarda hallanır.Kür çayının içərisini qanunsuz sərəncamla “Mehdiyevin qara kassa”sı “Sədərək Yusif”ə satması, 2013-cü ildə Prezidentin iştirakı ilə istifadəyə verilmiş “Dostluq” parkındakı açıq səhnəni sökdürərək yerində yenisini tikdirməsi(?), məcburi köçüknlərə qarşı aqressiv münasibəti,Şəhidin həyat yoldaşı olan məcburi köçkün Əniqə Məhərrəmovanı 26 dekabr 2025-ci il tarixdə vətəndaş qəbulundan qovması(səs yazısı var), sahibkarların fəaliyyətinə manelər törətməsi, onun maraqlarına xidmət etməyənlərə qarşı qərəzli münasibət sərgiləməsi və ƏN ƏSASI son 7 ildə İlham İsmayılovun parlament və bələdiyyə seçkilərində Mingəçevirdəki seçki macəraları fonunda “kirvələr və qohumlar hakimiyyəti” yaradaraq özündən söz etdirməsi…
İndi keçək 7 ildir ki, birinci müavinsiz işləyən (bu gedişatla o posta gələn olmayacaq.Çünki Mingəçevirdə heç kim onun birinci müavini olmaq istəmir) və hər şeyşünas İlham İsmayılovun “layihə” xarakterli “kirvələr hakimiyyəti”nə…Bu hakimiyyətin “qaranquşu” olan və 2020-ci ildə güc-bəla ilə Bələdiyyə sədri təyin edilən Ramiz Əliyev isə az qala bir “tarixdir”.İcra başçısının kirvəsi olan bu şəxs işdə yol verdiyi nöqsanlara və mənimsəməyə görə icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Amma, bütün bunlara baxmayaraq elementar danışıq qabiliyyəti olmayan və mingəçevirlilər arasında müxtəlif ləqəblərlə tanınan Ramiz Əliyevi kirvəsi İlham İsmayılov Bələdiyyə sədri etməyi bacarmışdı.
2025-ci il seçkilərində isə elə kirvəsi tərəfindən “ofsayd”a salınan Ramiz Əliyevin sonrakı taleyi də maraqlı oludu.Belə ki, cənab İsmayılov 65 yaşlı Ramiz Əliyevi Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin abonent şöbəsinə müdir təyin etdirdi.Bu idarənin kobud xarakterli,ağzının danışığını bilməyən rəisi isə elə başçısının xalası oğlu Tahir Abdullayevdir. Digər xala oğlu(bəzi mənbələrə görə əmisi oğlu) Nəriman İsmayılov isə 1 saylı Şəhər icra nümayəndəliyinin rəhbəri işləyir.
Bu təyinatı da İlham İsmayılov özü edib.
Şəhər təsərrüfatı üzrə müavin təyin olunana qədər kompüterçi işləyən və sakinlərlə söhbət zamanı elementar qaydada özünü idarə edə bilməyən əslən icra başçısının həmyerlisi(zərdablı) olan 61 yaşlı Məhluqə Cavadov da bir ayrı aləmdir.
Bu xanım şəhərdəki özəl klinkalardan birinin sahibi, sabiq icra başçısı Lütvəli Babayevin vaxtından mingəçevirlilər arasında vəzifəli şəxslərlərlə əlaqələr üzrə “makler” kimi tanınan Yusif doktorun (Şəfa Yusifin)bibisi qızıdır.
Digər bir kirvə isə 47 saylı Mingəçevir Seçki Dairəsinin sədri Oqtay Məmmədovdur.Onun Bələdiyyə və parlament seçkilərində göstərdiyi “mislilsiz xidmət” isə “baş kirvə” İlham İsmayılov tərəfindən layiqli qiymətini alıb. Belə ki, “kirvələr layihəsi”nin tərkib hissəsi kimi dairə sədri Oqtay Məmmədovun oğlu Fərid Məmmədov icra başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin olunub,bugünə kimi də işləyir.
İcra başçısına kirvələrindən də əziz olan bir şəxs də var. Bu sözün əsl mənasında Mingəçeviri arxitektor baxımdan viran qoyan 68 yaşlı Baş memar Etibar Abdullayevdir.
Torpaq və obyekt yerlərinin satışı üzrə “peşəkar mütəxəssis” olan E.Abdullayevin rüşvət və korrupsiya əməllərinə rəvac verməsi də icra başçısının mingəçevirlilər qarşısındakı “xitmətlərdəndir”.
Redaksiyamıza məlumat göndərən Mingəçevir sakinlərinin iddiasına görə, memarlığa aidiyyatı olmayan(ixtisasca torpaqşünasdır) Etibar Abdullayev əslində İlham İsmayılov üç vacib kassasından biridir.
Elə Kür çayının içərsinin satılması da bu və ya digər formada onun əməyinin məhsuludur.Baş rolda isə əvvəlki icra başçısı Niyazi Bayramov və indiki rəhbər İlham İsmayılov olub.
Hətta, iddia olunur ki, çayda 1000 kvadratmetr suyun(torpağın yox ha) iş adamına satılmasının müqabilində sabiq başçı Niyazi Bayramov tərəfindən “Sədərək Yusif”dən çox böyük məbləğdə pul alınıb. Bu qanunsuz satışı isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 02.05.2019-cu il tarixli 55 saylı sərəncamla rəsmiləşdirib və Yusif Qədimova məxsus “DEKA” şirkətinə verib.Şəhər sakinlərinin ciddi təpkisindən sonra elə 2019-cu ilin yayından suyun içərsindəki tikinti yarımçıq saxlanılıb.
Yaşayış binalarının birinci mərtəbəsinin təyinatının dəyişdirilməsi ildırım sürəti ilə həyata keçirilərək qarş-qarşı satılıb.Bu işin də memarı elə Etibar Abdullayevdir.
Şəhər sakinlərinin iddiasına görə icra başçısı Etibarın qanunsuz əməllərini və etibarsızlığını bildiyi halda nədənsə onadan çəkinir.Sanki onun yanında dili ködəkdir.
Sual edilir:əgər belə deyilsə,icra başçısı 68 yaşlı memarı niyə evə yola salmır? Axı Mingəçevirdə onlarla gənc və bacarıqlı memar işsiz qalıb.Hazırda ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş sektorunun müdiri işləyən Rəsul Paşayevin də 65 yaşı çoxdan tamam olub.
İlham İsmayılovun “sevimli” kadrı olan Baş(?)memar Etibar Abdullayevin oğlunun radikal dini təriqətlərlə qarşılıqlı fəaliyyəti isə başqa məqalənin mövzusudur.
Bu qısa məlumatdan gəlinən nəticə odur ki, ölkə başçımız cənab İlham Əliyevin tapşırıq və göstərişləri icra başçısına hələ çatmayıb.
Ya da yuxarıda güvəndiyi köhnə “komsomulçu” bunu o qədər arxayın salıb ki, “gözü çıxmış qardaşlar”dan ibrət dərsi götürmək yaddan çıxıb.
Sima Babayeva
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
“Jurnalist kaş Mövlanənin müsahibəsini əvvəl Fərqanə xanıma göstərərdi, bəlkə deyəcəkdi ki, vermə?!”
23 01 2026
























