Təhsil (Bu gün, 11:10)
ŞOK DETALLAR! FRİTL - da özbaşınalıqlar və qanunsuzluqlar bitmək bilmir!!!
Zabul müəllim Əməkdar müəllim fəxri adından imtina etmək istəyir...
Fizika, riyaziyyat və informatika təmayüllü liseydə baş verən qanunsuzluqlar, özbaşınalıqlar haqqında tehsil.media olaraq keçən yazımızda geniş şəkildə məlumat vermişdik. MİQ qaydalarının tapdanması, pedaqoji təhsili olmayanların işə götürülməsi, alimlərin kənarlaşdırılması, ədalətsiz dərs bölgüsü aparılması və s. kimi problemləri faktlarla qeyd etmişdik. Elçin Müəllim və müavini Şəhla Alqayeva məktəbi öz şəxsi mülkünə çevirib istədiyini etməyə davam edir. Söz verdiyimiz kimi yazının davamını sizlərə təqdim edirik.
Keçən tədris ilindən başlayaraq hər il 20-dən artıq müəllimi müqavilə ilə işə götürür. Bu müəllimlər Elmlər akademiyasının əməkdaşları və ya universitet müəllimləri deyil bölgə müəlimləri və ya MİQ imtahanından keçə bilməyənlərdir. Məsələn keçən tədris ilində Qobustan məktəbində işləyən müəllimi ikinci iş yeri kimi işə götürüb. Hər gün iki dərs arasında 1 saatdan artıq vaxt itirən müəllimin keçdiyi dərsin keyfiyyəti nə olar?
Dərs bölgüsü ailə mirasının bölgüsü kimi aparılır. Haqqını tələb edən müəllimi isə şantaj yolu ilə susdurmaq istəyirlər. Dərsini dinləyirlər və “bəyənmirlər”.
Tehsil.media xəbər verir ki, haqsızlığa etiraz edən müəllimlərdən biri Respublikanın Əməkdar müəllim, dissertantura bitirmiş, riyaziyyatın tədrisinə dair 15 metodiki vəsait, 14 elmi məqalə ( o cümlədən biri Moskvada ) çap etdirmiş, 7 beynəlxalq konfransda məruzəçi (Moskva, Sankt- peterburq, Tomskda, Gürcüstan) , iki dəfə ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibi, III Qrant Müsabiqənin qalibi, təhsil islahatı ilə bağlı beynalxalq təcrübənin öyrənilməsi, dəfələrlə zona müşavirələri, müsabiqələrdə dərs demədiyi məktəblərdə nümunə dərsi verən, hətta ilk kurrikulum kitablarından birinin müəllifi olan 12 ilin təlimçisi Zabul Əhmədovdur. Həmin üsuldan istifadə bu zaman bir az gülməli görünür.
Əvvala bunlar dərs dinləmənin məqsədinin müəllimlərə metodiki dəstək vermək olduğunu bilmir. İşlədikləri müddətdə bir açıq dərs və ya dərs dinləmələri olmadığı halda bu qədər nəaliyyəti olan 34 ilin müəlliminin dərsini “bəyənmir”. Haqqını tələb edən müəllim TİAHİ Yasamal rayon təşkilatına, dövlət əmək müfəttişliyinə, Elm və Təhsil Nazirinə və MÜTDA-ya şikayət edir. Direktor əvəzi TİAHİ Yasamal rayon təşkilatının, dövlət əmək müfəttişliyinin sorğularına yalan məlumat vermişdir ki, qanunla dövlət nəzarətini həyata keçirən orqanın sorğusuna yalan məlumat vermək inzibati məsuliyyət yaradır.
Elm və Təhsil Nazirinə və MÜTDA-ya edilən şikayətə isə Bakı şəhər təhsil idarəsindən eyni məzmunlu iki cavab gəlir ki, bu direktorun səlahiyyətidir. Məhkəməyə müracyət edə bilərsən. Zabul müəllim də Yasamal rayon məhkəməsinə müraciyət edib iş baxılmaqdadır. Bundan sonra isə Rəhbərlikdə olan bu iki şəxs müəllimə qarşı daha radikal münasibət göstərməyə başlayıb. Zabul müəllimin təhsilin inkişafına yönəlmiş təklifi rədd edilir, onun yaxşı münasibətdə olan müəllimlər irad bildirilir, hətta müəllimlərin öz hesabına keçirilən Yeni il tədbirinə belə buraxmaq istəmirlər.
Zabul müəllim deyir ki, bu haqsızlıqların qarşısı alınmasa bir yol qalır Cənab Prezidentə müraciət edib Əməkdar müəllim fəxri adından imtina etmək. Bir təhsil sistemində ki, Əməkdar müəllim haqqını müdafiə edə bilmir əksəriyyəti qadın olan 100 min sıravi müəllimlər nə edə bilər?!
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026























