Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (26-11-2015, 12:44)
Yol polisi 2015-ci ilin ötən ayları ərzində öz vəzifələrinin öhdəsindən layiqincə gəlib

 

Azərbaycan Respublikasında uğurla davam etdirilən strateji inkişaf kursunun və hərtərəfli islahatların məntiqi nəticəsi olaraq ölkədə dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai asayiş və sabitlik 2015-ci ilin ötən dövründə də etibarlı qorunmuşdur. Vətəndaşların və dövlətin qanuni mənafelərinin cinayətkar qəsdlərdən müdafiəsi sahəsində digər hüquq mühafizə orqanları ilə birgə həyata keçirilən tədbirlərlə respublikada əməliyyat şəraitinə nəzarət bütövlükdə təmin edilmişdir.

Daxili İşlər Nazirliyinin vacib strukturlarından olan Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi işinin təşkilini, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarətin, yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə inzibati icraatın həyata keçirilməsini, səlahiyyətləri çərçivəsində yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların, texniki normaların işlənib hazırlanmasını, avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışının və qeydiyyatının keçirilməsini, onlara dövlət qeydiyyatı şəhadətnamələrinin və nömrə nişanlarının verilməsini, habelə yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanların qəbul edilməsini, nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsini təşkil edən, yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotunu müəyyən edən və hesabatını aparan müstəqil struktur hissədir.

Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq polis general – mayoru Ramiz Zeynalovun rəhbərliyi altında DİN Baş DYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2015 - ci ilin ötən aylarıı ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir. Respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilmiş, nəticələri Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı cənab Oruc Zalovun sədrliyi ilə keçirilmiş əməliyyat müşavirəsində DYP-nin ərazi və nizami hissələrinin rəhbər heyəti ilə geniş müzakirə olunmuş, hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyəti, DYP hissə rəhbərlərinin hesabatları dinlənilmişdir. Ötən dövr ərzində qeydə alınmış YNH-nin təhlili nəticələri, habelə DİN-in müvafiq  tapşırıq və tövsiyələrini rəhbər tutaraq YNH-nin qarşısının alınması, kobud qayda pozuntularına qarşı mübarizənin təşkili, şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilərək icmal-arayış hazırlanmış və xidməti istifadə üçün yerlərə göndərilmişdir. Dövlət Yol Polisi xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər Nazirliyin rəhbərliyinin gündəlik nəzarətində saxlanılmaqla idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülmüş, qanunçuluğun, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq daha da artırılmışdır. Ötən dövr ərzində xidmətlə bağlı bir sıra göstərişlər, o cümlədən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» 15 noyabr 2011-ci il tarixli, 5 aprel 2013-cü il tarixli qanunların tətbiqi ilə əlaqədar nəqliyyat vasitələrinin texniki baxışdan qeydiyyat yerindən asılı olmayaraq keçirilməsi, bu xidmətin vətəndaş üçün rahatlıq şəraitində və operativ təşkili, bu sahədə vətəndaş məmnunluğunun təmin edilməsi, rahatlığın əldə olunması məqsədilə «Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı əlavə tədbirlərə dair» 17.02.2014-cü il tarixli, habelə «Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar «Kənd təsərrüfatı və ərzaq məhsullarının daşınması zamanı hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində əlavə tədbirlərə dair» 10.03.2014-cü il tarixli göstərişləri icra olunmuşdur.«İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 6 aprel tarixli 322-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 631 nömrəli Fərmanına əsasən məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş xətaların avtomatik rejimdə işləyən nəzarət-ölçü cihazları vasitəsilə qeydə alındığı hallarda şəxsin iştirakı olmadan elektron formada tərtib edilən protokollar üzrə icraatla bağlı tədbirlər nəzarətdə saxlanılmaqla davam etdirilmişdir.

Ötən dövr ərzində Mərkəzi İnformasiya Sisteminə daxil olmuş məlumatlar əsasında elektron formada protokollar tərtib edilməklə icraya yönəldilmişdir. YHQ pozuntusuna görə bəzi sürücülərin hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmış, avtoxuliqanlıq edən, şüşələrinə plyonka və örtüklər çəkilmiş avtomobil sürücüləri aşkar edilərək barələrində inzibati tənbeh tədbirləri görülmüşdür. 2015-ci ilin ötən dövrü ərzində «Siqnal» İLİ tərəfindən svetofor obyektləri quraşdırılmış, yol nişanları qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda cizgiləmə işi aparılmışdır. «Atmosfer havasının mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planınında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrası üzrə işlər davam etdirilmiş, aparılan yoxlamalar nəticəsində  mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan artıq olan avtomobillər aşkar olunaraq müvafiq inzibati tədbirlər görülmüşdür.

Baş idarənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürüclük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, avtomobillər ilkin qeydiyyata alınmış, ilkin sürücülük vəsiqəsi verilmişdir. DİN Baş DYP İdarəsinin rəis müavini, polis polkovniki Mübariz Şahbazovun rəhbərlik etdiyi sektor, idarənin qeydiyyat-imtahan şöbəsinin rəisi Hacımurad Abdullayevin, fəaliyyətlərini səmərəli, ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində quran rəis müavinləri Etibar Əliyevin, xidməti vəzifəsinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar olan  şöbənin işçi heyəti bütün bu işlərin öhdəsindən layiqincə gəlmişdir.

Polis polkovniki Balakişi Əhmədovun rəhbərlik etdiyi DİN BDYPİ YPXA-nın xidmət ərazisində ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayında da azalma müşahidə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli  Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə DYP əməkdaşları tərəfindən silah-sursat aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir. Hesabat dövründə DYP əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı axtarışda olan avtomobillər saxlanılaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına  göndərilmişdir.

BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan şəxslər və  avtomobillər saxlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə faktlar və saxta sənədlər aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına  göndərilmişdir.

 

DİN Baş DYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini uğurla davam etdirir.

BDYPİ – nin Rauf Talıbovun rəhbərlik etdiyi Müayinə Mərkəzi “nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”a uyğun fəaliyyət göstərərək, avtomobilllərə texniki baxışın yüksək səviyyəsini, avtomobil sahiblərinin məmnunluğunu təmin edir.

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş müvafiq tədbirlər respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına müsbət təsiri göstərmişdir. Əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə YNH-nin, həlak olanların, yaralananların sayı  azalmışdır.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
12 05 2025
12 05 2025