Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (24-04-2017, 19:26)
DİN BDYPİ 2017-ci ilin ötən ayları ərzində respublika yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri uğurla həyata keçirib

 

 

 

 

 

 

 

 

 

 

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində yaralananların sayının azalmasına müsbət təsiri olmuşdur. Belə ki, 2017-ci ilin 3 ayı ərzində respublika ərazisində 407 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 162 nəfər həlak olmuş, 411 nəfər yaralanmışdır. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 12 fakt (2,9%) azalmış, həlak olanların sayı 19 nəfər (13,8%) artmış, yaralananların sayı isə 42 nəfər (9,3%) azalmışdır.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 32,4%-i (132 hadisə, 48 ölüm, 175 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 30,2%-i (123 hadisə, 58 ölüm, 105 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12%-i (49 hadisə, 11 ölüm, 58 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,7%-i (7 hadisə, 4 ölüm, 5 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 47,9%-ni (195) piyadaların vurulması təşkil etmiş, nəticədə 66 piyada həlak olmuş, 145-i yaralanmışdır. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər uşaq və yeniyetmə həlak olmuş, 46 nəfər yaralanmışdır. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olanların sayı 2 nəfər azalmış, yaralananların sayı isə 11 nəfər artmışdır.Statistika ilə, eləcə də yol hərəkəti iştirakçıları  arasında apardığımız sorğu nəticəsində təsdiqlənən bu müsbət tendensiya əlbəttə ki, yol polisinin təqdirəlayiq xidmətinin nəticəsidir. Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN Baş DYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilməkdədir.Vaxtaşırı olaraq respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilir, nəticələri əməliyyat müşavirələrində DYP-nin ərazi və nizami hissələrinin rəhbər heyəti ilə geniş müzakirə olunur. Ölkə ərazisində qeydə alınmış YNH-nin təhlili nəticələri, habelə DİN-in müvafiq tapşırıq və tövsiyələrini rəhbər tutaraq YNH-nin qarşısının alınması, kobud qayda pozuntularına qarşı mübarizənin təşkili, şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilərək icmal-arayış hazırlanır, xidməti istifadə üçün yerlərə göndərilir.

General Ramiz Zeynalovun rəhbərliyi altında Dövlət Yol Polisi xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər gündəlik nəzarətdə saxlanılmaqla idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülür, qanunçuluğun, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq davamlı artırılır. Ölkə başçısının müvafiq Fərmanları ilə «Yol hərəkəti haqqında qanuna və İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklər əsasında xidməti tənzimləyən normativ-hüquqi aktların qanunlara uyğunlaşdırılması istiqamətində aidiyyəti tədbirlər görülmüşdür. Yol hərəkətinin təhlükəsizliyi və ona nəzarət məsələləri ilə əlaqədar bu sahədə yeni informasiya texnologiyalarının tətbiqi, eləcə də baş idarədə elektron sənəd dövriyyəsinin təşkili ilə bağlı görülən işlər nəzarətdə saxlanılmaqla davam etdirilir. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş xətaların avtomatik rejimdə işləyən nəzarət-ölçü cihazları vasitəsilə qeydə alındığı hallarda şəxsin iştirakı olmadan elektron formada tərtib edilən protokollar üzrə icraatla bağlı tədbirlər nəzarətdə saxlanılmaqla davam etdirilir.  
Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmr və tapşırıqlarını rəhbər tutan Baş idarənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin ilkin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu tələb olunan səviyyədə aparılır,eləcə də Yol Patrul xidmətinin səviyyəsi vətəndaşlarda razılıq doğurur. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan şəxslər və avtomobillər dərhal saxlanılır, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu faktları və saxta sənədlər aşkar olunan kimi materiallar araşdırılması üçün təhqiqat orqanlarına  göndərilir. Qeydiyyat-İmtahan şöbəsi və Yol Patrul xidməti öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Şöbənin fəaliyyətində şəffaflığın, ictimai hesabatlılığın təmin olunmasının nəticəsidir ki, buradakı məlumatlar cəmiyyət üçün əlçatan olur və çox təəssüflər olsun ki, bəzi bədxah qüvvələrə xidmət edən kütləvi informasiya vasitələrinin haqsız hədyan yazılarında istifadə edilir.     
Əmin olmağa dəyər ki, DİN Baş DYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini bundan sonra da uğurla davam etdirəcək. 

 Əfqan Bəhluloğlu

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024