Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Dünən, 22:17)
Keçmiş icra məmuruna qarşı 35 min manatlıq dələduzluq

 Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin keçmiş böyük icra məmuru dövlət şirkətlərinin birində işə düzəltmək istəyərkən dələduzluqla üzləşib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Nicat adlı (soyadını dəqiqləşdirə biımədik) həmin keçmiş icra məmuru ortaq tanışları vasitəsi ilə tanıdğı Xəyal adlı şəxsə işə düzəlmək üçün 35 000 manat pul verib. Sonradan isə aldanıldığını başa düşərək pulunu geri tələb edib. 

Xəyal pulu qaytarmadığı üçün isə hüquq-mühafizə orqanlarına müraciət etməli olub. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanıb və Xəyal şübhəli şəxs qismində saxlanılıb. Daha sonra təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilən Xəyal barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Şamaxı Rayon Məhkəməsində hakim Natiq İsmayılovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilsə də, Nicatı işə düzəltmək üçün pulu başqa bir adama verdiyini deyib. Həmin şəxs pulu qaytarmadığına görə Nicata dəymiş ziyan ödənilməyib.

Məhkəmənin hökmü ilə Xəyal 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

шаблоны для dle 11.2

Xəbər lenti
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026