Sosial (Bu gün, 14:07)
Leyla və Nəzrinin ölümünə səbəb olan Sənan Mehdiyev yenidən İŞ BAŞINDADIR? - ARAŞDIRMA
Xəbər verildiyi kimi burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölüm faktı üzrə həbs olunan lor-cərrah Sənan Mehdiyev azadlığa buraxılıb. Belə ki, yanvarın 7-də onun barəsində olan hökmdən verilən apellyasiya şikayəti və protesti üzrə məhkəmə prosesi keçirilib.Bakı Apellyasiya Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə Sənan Mehdiyevə Amnistiya aktı şamil oldunduğu bildirilib.
Sənan Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Sənan Mehdiyevin ali təhsili ilə bağlı rəsmi və dəqiq təsdiqlənmiş məlumatlar ictimai mənbələrdə yer almır. Yəni onun hansı universitetdə təhsil aldığı, həkimlik ixtisasını harada aldığı, internatura/residentura keçib-keçmədiyi kimi məlumatlar yayılan xəbərlərdə, məhkəmə materiallarında və açıq media yazılarında göstərilməyib. O, Azərbaycanda estetik və plastik cərrah kimi tanınıb və sosial mediada özünü bu sahədə təqdim edib.
Maraqlıdır, 2 şəxsin ölümünə səbəb olan və həbsdən yenicə çıxan Sənan Mehdiyev hazırda estetik cərrah kimi fəaliyyətini davam etdirir?
Sənan Mehdiyevin sosial hesablarında apardığımız araşdırmalar göstərdi ki, o, pasiyent qəbul etsə də, bunu hələki gizli şəkildə həyata keçirir. Buna əmin olmaq üçün özü ilə əlaqə saxlasaq da, onun zənglərini özünü təqdim etməkdən imtina edən xanım cavablandırıb. Xanım köməkçisinin sözlərinə görə, S.Mehdiyevin həkim işləyib-işləməyəcəyi hələ ki dəqiqləşməyib:
“Hazırda həkim çalışmır. İşləyib-işləməyəcəyi ilə dəqiq məlumat bilmirik. İş hələ məhkəmədədir”, - deyə o, bildirib.
Xatırladaq ki, Səhiyyə Nazirliyi tərəfindən fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısında da Sənan Mehdiyevin adı qeyd edilməyib.
Qeyd edək ki, Nəzrin Mansurlunun ölüm faktı Sənan Mehdiyevin ölümlə nəticələnən ilk əməliyyatı deyil. Həkim Sənan Mehdiyevin ilk qurbanlarından biri 18 yaşlı tələbə Leyla idi. Onun 2015-ci ildəki faciəli ölümü böyük səs-küyə səbəb olmuşdu. Leyla Mürsəlova da burun çəpərindəki əyriliyə görə Sənan Mehdiyevə üz tutmuşdu. Lakin “Starmed” klinikasında baş tutan əməliyyat zamanı Leyla həyatını itirib. Leylanın əməliyyat zamanı təzyiqi düşmüşdü. Ona adrenalin vurulmuşdu. Lakin həmin zaman Leylanın ürəyi dayanmış imiş. Onun ölümü ailəsindən 3-4 saat gizlədilmişdi.
Araşdırmalardan sonra Leylanın ölümünə səbəb kimi narkozun çox verilməsi göstərilirdi. Əməliyyatın sonuna 15 dəqiqə qalmış Leylanın vəziyyəti pisləşmişdi. Lakin “Starmed” klinikasında reanimasiya otağı olmadığından müdaxilə gecikmişdi. Yaxınlıqdakı klinikalardan və xəstəxanalardan reanimasiya briqadası çağırılmışdı. Amma onun həyatını xilas etmək mümkün olmamışdı.
Leylanın ölümündən sonra Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdı. Sənan Mehdiyev 9 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Onun azadlıqdan məhrumetmə cəzası barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənmişdi. Bundan sonra cərrah kimi fəaliyyətini davam etdirmişdi.
Cərrah Sənan Mehdiyevin daha bir neçə pasiyenti onun əməliyyatından şikayət etmişdi. Səbinə Nağıyeva adlı xanım burun əməliyyatından sonra yaranan fəsadlara görə S.Mehdiyevdən şikayət etmişdi. Sonra həkimlə barışıq əldə etmişdi.
Başqa bir şikayətçi isə Ülviyyə İmanzadə idi. O, şikayətində qeyd edirdi ki, burun əməliyyatından sonra nəfəs almasında problem yaranıb.
Sosial şəbəkələrdə isə Sənan Mehdiyevdən şikayətçi olan onlarla şəxs var.
Sonuncu dəfə 30 yaşlı Nəzrin Sənan Mehdiyevin icra etdiyi plastik cərrahi əməliyyatın qurbanı olub. Bundan sonra o, yenidən cərrah kimi fəaliyyətini davam etdirib.
Bizim.Media
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026
24 01 2026























