Cəmiyyət (21-11-2015, 14:52)
GƏNCƏDƏ BİTKİ MÜHAFİZƏSİNİN PROBLEMLƏRİ MÖVZUSUNDA MÜŞAVİRƏ KEÇİRİLİB- FOTOLAR
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidməti Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti ilə birgə fermerlərlə və bu sahə ilə məşğul olan mütəxəssilərlə seminar müşavirə keçirib.
Mediatv.az-a ADAU-nun mətbuat xidməindən verilən xəbərə görə müşavirədə “Bitgi Mühafizəsinin müasir problemləri və fitosanitar tədbirlərin həyata keçirilməsinin elmi praktiki əsasları” müzakirə olunub. Seminar müşavirədə respublika ərazisində kartof güvəsinin və yovşanyarpaqlı ambroziyanın yayılmasının qarşısını alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə təcrid, eləcədə ləğvedici tədbirlər planlarının icra vəziyyəti haqqında məruzə edilib, problemin həlli istiqamətində müzakirələr aparılıb.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev jurnalistlərə deyib ki, kartof bitkisi əkinlərində və üzüm bağlarında inteqrir mübarizə tədbirləri mövzularından da geniş danışıldı, həmçinin fitosanitar vəziyyətin nəzarətdə saxlanıması yolları araşdırıldı.
Müşavirədə 2015-ci ilin ölkədə kənd təsərrüfatı ili elan olunması və bu il ərzində bitgi mühafizə sahəsində görülən işlərədə nəzərə salınıb. Qeyd olunub ki, bitgiçilik məhsullarının kəmiyyəti və keyfiyyətinin, göstəriçilərinin yaxşılaşdırılması, ətraf mühitə pesiditlərin zərərli təsirinin minumuma endirilməsi, respublika ərazisində fitosanitar sabitliyin qorunub saxlanılması istiqamətində müvafiq işlər görülüb.
Seminar müşavirənin sonunda bitgi mühafizəsində geniş miqyasda istifadə olunan müasir tipli və ultra kiçik tipli AU 8115 M və SCOUT-s 300 çiləyicilərinin kənd təsərrüfatı mütəxəssilərinə nümayiş olub.