Siyasət / Slayd (Bu gün, 16:59)
Bu iki naziri nə gözləyir?
Hökumətin iki üzvü – Elm və təhsil naziri Emin Əmrullayevlə Mədəniyyət naziri Adil Kərimlinin personası ətrafında başlayan müzakirələr son günlər daha intensiv xarakter alıb.Referans Media bildirir ki, Elm və təhsil naziri cəmiyyətin ən müxtəlif kəsimlərində təmsil olunan insanlar tərəfindən mütəmadi olaraq tənqid edilir. Elm ictimaiyyəti naziri bu sektorda köklü islahatlar apara bilməməkdə günahlandırır. Tətbiq edilən yeniliklərin Azərbaycan təhsilini böhrandan çıxarmaqda yetərli olmadığı vurğulanır.
Emin Əmrullayev həmçinin orta ümumtəhsil məktəbləri üçün xarakterik olan problemləri aradan qaldıra bilmədiyi üçün tənqid hədəfinə çevrilib. Azərbaycanda repetitorluq institutunun sürətlə inkişaf etməsi məktəblərin nüfuzuna zərbə vurduğu kimi nazirliyin imicini də ciddi şəkildə zədələyir.
Mədəniyyət naziri Adil Kərimlinin başı isə sənət adamları ilə dərddədir. Nazirliyin müğənnilər arasında ayrıseçkilik qoyması, faxri adların pulla verilməsi ilə bağlı ittihamlar bu dövlət qurumunu “hədəf taxtası”na çıxarıb. Tanınmış sənət adamlarının nazirlik əleyhinə aparılan kampaniyaya qoşulması ictimai diqqəti bu məsələyə yönəldib.
Referans Media bildirir ki , Metbuat.az proseslərin hansı istiqamətdə cərəyan edəcəyini dəqiqləşdirməyə çalışıb. Əldə etdiyimiz məlumata görə, bu nazirliklərlə bağlı ictimai narazılıq olsa da, yaxın vaxtlarda radikal qərarların qəbul edilməsi gözlənilmir. Bildirilir ki, tezliklə hər iki qurumun daxilində islahatlara start veriləcək. İslahatlar kadr əvəzlənmələri ilə nəticələnəcək. Vəzifəsinin öhdəsindən gələ bilməyən əməkdaşlar bir-birinin ardınca yola salınacaq. Nazirliyin strukturunda və tabe təşkilatlarda nəzarət mexanizmi daha da sərtləşdiriləcək. Səmərəliliyin artırılması üçün bəzi şöbələrin birləşdirilməsi gözlənilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025























