Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 18:56)
Ziya Məmmədovu həbsə aparacaq 100 milyonluq korrupsiya skandalı

 2008-ci ildə o zaman nəqliyyat naziri olan Ziya Məmmədov Koreyanın SK C&C şirkəti ilə danışıqlara çıxaraq Azərbaycana “hazır intellektual nəqliyyat sistemi” gətirilməsi üçün fantastik məbləğə - 100 milyon dollara müqavilə imzaladı. 2011-ci ildə sistem istifadəyə verilsə də, ilk gündən işləmədi. Daha sonra məlum oldu ki, nəzarət tam şəkildə şirkətin əlindədir, proqram təminatının ilkin kodları Azərbaycana verilməyib, hər yeniləmə üçün əlavə milyonlar tələb olunur. Hökumət yeni ödənişlərdən imtina etdikcə sistem çökdü, iflasa uğradı, şəhərin hər nöqtəsinə quraşdırılan kameralar və monitorlar ya sıradan çıxdı, ya da tamamilə funksiyasız qaldı.
Azərbaycanın gündəlik tıxac problemi, milyonların havaya sovrulması və işləməyən Nəqliyyat Mərkəzi – bütün bunların mərkəzində cinayətə bərabər qərar dayanır.
Bu gün Ziya Məmmədovun həmin 100 milyonluq layihəsindən qalan tək miras dayanacaqlardakı sınıq monitorlar, çürümüş avadanlıqlar və dövlət büdcəsinin geri dönməyən yüküdür. Nə qərarın arxasında duran Ziya Məmmədovdan, nə də o dövrdə prosesə cavabdeh şəxslərdən indiyə qədər hər hansı hesabat tələb olunmayıb. Bu, tək bir layihənin uğursuzluğu deyil, dövlət idarəçiliyində yanlış qərarın bütün bir şəhərin gündəlik həyatına necə təsir etdiyinin canlı nümunəsidir.
Bu faktı ictimailəşdirən İKT üzrə ekspert Osman Gündüzün sözlərinə görə, belə nümunələrin sayı çoxdur və hər biri eyni həqiqəti göstərir: “Dövlət idarəçiliyində verilən bir düzgün və ya səhv qərar təkcə texniki nəticə yaratmır, bir ölkənin gündəlik həyatına, təhlükəsizliyinə və büdcəsinə həlledici təsir edir. Cloudflare böhranı bir daha sübut etdi ki, milli təhlükəsizliyi düşünənlər ölkəni böhrandan qoruyurlar. 2008-2011-ci illərin “intellektual nəqliyyat sistemi” isə göstərdi ki, yanlış qərar milyonları əridib aparmaqla yanaşı, illərlə bütün şəhəri tıxaca salacaq sistemsizliyə çevrilir. Bu gün verilən qərarlar sabah dövlətin ayaqda qalmasını müəyyən edir.
Burada əsas sual ortaya çıxır - əgər Azərbaycanın Nəqliyyatın İdarəetmə Sistemi bərbad vəziyyətdə olmasaydı, vəziyyət necə olardı? Yollarda tıxaclar yenə də bugünkü kimi qalardımı?
Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, əlbəttə ki, indiki tıxaclar yaşanmaz, şəhərdə durum bu qədər ağır olmazdı: “Çünki tıxac probleminin əsas səbəbi yalnız avtomobillərin çoxluğu deyil, ondan da çox şəhərin nəqliyyat axınının koordinasiyanın, siqnal sisteminin real zamanlı işləməməsi, qəzaların gec aşkarlanması, dayanma və keçid yerlərinin statistik analiz əsasında idarə edilməməsidir.
“Smart-city” sistemi tətbiq olunan şəhərlərdə vəziyyət müsbətə doğru dəyişir. Azərbaycanda isə “smart-city” sistemi 2011-ci ildən var, amma işlək deyil. Əgər 2011-ci ildən etibarən həqiqi işlək intellektual nəqliyyat sistemi qurulsaydı, o zaman tıxacların miqyası ən azı 25–40 faiz azalardı. Qəza və ölüm hallarının sayı 10–20 faiz aşağı düşərdi. İşə gecikmələr, yanacaq sərfiyyatı və şəhər içi logistikanın gecikməsi nəticəsində iqtisadi itkilər yüz milyonlarla manat azalardı. Şəhər planlaması dataya əsaslanar, yol şəbəkəsi subyektiv yox, real göstəricilərlə idarə olunardı. Bakı bu gün regionda “smart-city” nümunəsinə çevrilə bilərdi. Bu gün isə həmin dövrün yanlış qərarının fəsadları hələ də davam edir: tıxaclar saatlarla çəkir, kameraların yarısı işləmir, yol hərəkəti qaydalarının idarə olunması mexaniki və köhnə üsullarla aparılır, şəhərin nəqliyyat sistemi isə real vaxtlı koordinasiyadan məhrumdur. Bir sözlə, əgər Nəqliyyat Nazirliyinin 100 milyon dollarlıq layihəsi kağız üzərində yox, real həyatda işləyən sistem olsaydı, Bakının yol arteriyaları bu gün olduğu kimi boğulmaz, gündəlik həyat bu qədər ləngiməz, iqtisadiyyat hər gün yüz minlərlə manat itirməzdi. Şəhərin tıxac problemi bu qədər ağırlaşmazdı. Tıxacların mərkəzində yalnız avtomobil sayı deyil, vaxtında verilməmiş doğru qərarlar dayanır”.
Bəs Ziya Məmmədov bu layihəyə görə cavabdehdirmi və əgər cavabdehdisə, hansı cəza verilə bilər?
Cavad Cavadov deyir ki, Azərbaycan qanunvericiliyi bu kimi hallarda çox aydındır: “Əgər dövlət vəsaiti qeyri-səmərəli xərclənibsə, müqavilədə korrupsiya riski mövcuddursa, layihənin bilərəkdən qeyri-şəffaf şərtlərlə bağlanması nəticəsində dövlət külli miqdarda ziyana düşübsə, məmurun məsuliyyəti həm siyasi, həm də cinayət müstəvisində yaranır. Bu kimi əməllərdə Cinayət Məcəlləsinin 308-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə; 179-cu - mənimsəmə və israfetmə; 314-cü - səhlənkarlıq maddələrinin və büdcə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə dair digər maddələrrin tərkib hissələri var. Bu maddələrdən hər hansı biri sübuta yetirilsə, Ziya Məmmədova qarşı 3 ildən 12 ilədək həbs cəzası, dövlətə vurulan ziyanın ödənilməsi, əmlak müsadirəsi və gələcəkdə vəzifə tutmaq hüququndan məhrumetmə kimi sanksiyalar tətbiq oluna bilər. Dünyanın istənilən ölkəsində 100 milyon dollarlıq dövlət layihəsinin tamamilə çökməsi dərhal istintaqa səbəb olur. Azərbaycanda isə bu günə qədər nə siyasi hesabat verilib, nə də hüquqi araşdırma aparılıb. Əslində məsələ təkcə Ziya Məmmədovun şəxsi məsuliyyəti ilə məhdudlaşmır. Ortada verilmiş yanlış qərar var. Hansı ki, həm büdcə vəsaitini məhv edib, həm də şəhərin strateji sistemini illərlə iflic vəziyyətinə salıb. Nəticə isə bütün vətəndaşların mənafeyinə toxunur, yollarda sərf olunan saatlar, itirilən yanacaq, tıxacda qalan ambulanslar, gecikmiş iş və təhsil qrafikləri, iqtisadi itkilər və dövlətin səmərəliliyi barədə mənfi təsəvvür formalaşıb. Bugünkü reallıq ondan ibarətdir ki, əgər həmin intellektual nəqliyyat sistemi işlək vəziyyətə gətirilsəydi, Bakı bu gün regionun ən səmərəli nəqliyyat idarəetmə modelinə sahib ola bilərdi. Lakin yanlış qərar təkcə o dövrün büdcəsini yox, illərlə davam edən tıxac problemini də formalaşdırdı. Ziya Məmmədov bu layihəyə görə cinayət məsuliyyəti daşıyır. Hüquq mühafizə orqanları gec də olsa, hərəkətə keçməli, Ziya Məmmədovu istintaqa cəlb edib ən azı dövlət büdcəsinə vurulmuş ziyanı tələb etməlidirlər. 100 milyon manat bu gün Azərbaycan büdcəsi üçün az məbləğ deyil. Həmin pulla Qarabağda böyük işlər görmək olar”.
Musavat.comшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025