Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (Bu gün, 21:47)
“Sanki Pəncəli Leyla və Arzu xanımın doğma qardaşıdır” - Video

 Xəbər verdiyimiz kimi, noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər.
Mediatv.az-ın məlumatına görə, Milli Qəhrəmanın anası Vahimə Ağayeva görüşdən sonra təəssüratlarını “Real TV” ilə bölüşüb:
“Leyla və Arzu xanım mənim doğma balamdır. İkisi də elə bil burada böyüyüblər, sanki Pəncəli onların doğma qardaşıdır. Pəncəlinin muzeyini ziyarət etdilər, şəkillərə baxdılar”.
Leyla və Arzu Əliyevalar şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinə baxış keçirib, burada Pəncəli Teymurovun xatirə kitabına bu sətirləri yazıblar:
“Bu müqəddəs məkan yalnız bir qəhrəmanın deyil, bütöv bir xalqın tarixini, iradəsini və mübarizə ruhunu yaşadır.
Burada olmaq böyük şərəfdir. Pəncəli Teymurov Azərbaycan üçün canından keçən igid oğullarımızdan biridir.
Azərbaycan xalqı öz qəhrəmanlarını uca tutur və onların ruhuna böyük ehtiramla yanaşır. Bu gün müstəqil və qüdrətli Azərbaycanda yaşamağımız məhz belə saf niyyətli, cəsur insanların sayəsində mümkün olub”.
Vahimə ana oğluna Milli Qəhrəman adı verildiyini öyrənəndən sonra keçirdiyi hissləri belə dilə gətirib:
“Gedib Pəncəlinin məzar daşı ilə üz-üzə qaldım. Dedim namuslu, qeyrətli oğlum, öz canını bu vətən, torpaq yolunda vermişdin. Səni təzə adınla təbrik edirəm, rahat uyu, oğlum!
Prezidentimiz təkcə bir şəhid anasını yox, bütün Azərbaycanı sevindirdi. Əgər Pəncəlini itirib qəm içində idimsə, amma bu xəbər həqiqətən məni sevindirdi”.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, “Qoca” ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 2016-cı il Aprel döyüşləri zamanı şəhid olub.
2016-cı ildə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Ali Baş Komandan Prezident İlham Əliyevin 2025-ci il noyabrın 7-də imzaladığı Sərəncamla Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı verilib

шаблоны для dle 11.2

Xəbər lenti
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025