Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 11:18)
150 çarpayılıq Cəbrayıl Xəstəxanasının tikintisinə ayrılan vəsait nə qədər şişirdilib -DETALLAR

 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti  Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının tikintisinin davamı (3-cü mərhələ) üzrə “EL-SEYM İNŞAAT” Qapalı Səhmdar Cəmiyyəti ilə 45.152.350,11 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Müsabiqə satınalmaların portalında keçirilmədən, birmənbədən satınalma metodu yolu ilə birbaşa müqavilə bağlanılıb. Məlumat satınalmaların portalında 21.11.2025-ci ildə dərc edilib.
 Qeyd edək ki, Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti  150 çarpayılıq Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinin birinci mərhələsində “EL-SEYM İNŞAAT” QSC ilə 17.328.200,43 manat məbləğində satınalma müqaviləsini 26.12.2023-cü ildə bağlayıb.
150 çarpayılıq Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinin ikinci mərhələsində isə  “EL-SEYM İNŞAAT” QSC ilə 02.09.2025-ci ildə 9.889.264,15 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.
Bu məlumatlardan da göründüyü kimi Səhiyyə Nazirliyi 150 çarpayılıq Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının tikintisi işləri üzrə “EL-SEYM İNŞAAT” QSC ilə  ümumi dəyəri 72 369 814 manat olan üç satınalma müqaviləsi bağlayıb.
Müqayisə üçün qeyd etmək istərdik ki, Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxanasının tikintisi ( 1-ci mərhələ) üzrə 40.808.274,66 manat məbləğində müqavilə 28.12.2022-ci ildə, sözügedən Xəstəxanasının tikintisi (II mərhələ) üzrə 21.424.487,74  manat məbləğində müqavilə 28.12.2022-ci ildə “Fərid İnşaat” Firması ilə bağlayıb. Göründüyü kimi Səhiyyə Nazirliyi Şuşa şəhərində 90 çarpayılıq Mərkəzi Xəstəxanasının tikintisi işlərinə ümumi olaraq 62 232 761 manat dövlət vəsaiti ayırıb.
Qeyd edək ki, bağlanılan müqavilələrdə qiymətlərin şişirdildiyi açıq-aşkar görsənməkdədir. Bunu iqtisadçılar, tikinti mütəxəsisləri də təsdiq edə bilər. Səhiyyə Nazirliyindən son iki ilə yaxın müddətdə 72 milyon manatlıq sifariş almış “EL-SEYM İNŞAAT” QSC-yə gəlincə.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EL-SEYM İNŞAAT” (VÖEN: 1000202761) Qapalı Səhmdar Cəmiyyətinin 14.11.2004-cü il tarixdə  Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 152 000  manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, VLADİSLAV PLOTNİKOV, ev.14, m.1, qanuni təmsilçisi kimi isə Ələkbərov Yaşar Kəmənd oğlu qeyd olunub.MMC kimi yaradılmış şirkət 2020-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Həsənov Nizami Yadulla oğlu olub.
Bu rəsmi məlumatlardan başqa açıq mənbələrdə “EL-SEYM İNŞAAT” QSC barədə heç bir məlumat yoxdu. Amma satınalmaların portalında olan məlumatlardan da göründüyü kimi, “EL-SEYM İNŞAAT” QSC  hər il yüksək məbləğdə tenderlər udub.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var.
Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki,
5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:
5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;
İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “EL-SEYM İNŞAAT” Qapalı Səhmdar Cəmiyyətinin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə heç bir məlumat tapa bilmədik.
Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Qanunla təchizatçı olaraq  “EL-SEYM İNŞAAT” QSC Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış təqdim etməlidir.
Qeyd edək ki, Səhiyyə Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin direktoru Elşad Hacıyevdir. Onun bu vəzifəyə 2021-ci ilin noyabrında təyin olunması barədə məlumatlar var. Elektron mediada həmçinin onun bu vəzifəyə təyin olunmasından sonra Səhiyyə Nazirliyində narazılıqların artığı, dövlət büdcəsinin talanması, xəstəxanaların təmiri və tikintisi üçün ayrılan pulların göyə sovrulması barədə kifayər qədər geniş materiallar var.
150 çarpayılıq Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinə ayrılan dövlət vəsaitinin nə qədər şişirdilməsinə gəlincə. Bunu Səhiyyə naziri Teymur Musayev və Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin direktoru Elşad Hacıyev daha yaxşı bilər.(aktualinfo.net)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025