Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 13:58)
Yalnız “Azərişıq”ın tenderlərini udan şirkət: “SMART ENERGY SERVİCES” kimə məxsusdur?

 “Azərişıq” ASC ötən gün daha bir tenderə yekun vurub. Tribunainfo.az xəbər verir ki, ASC Binəqədi rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yeni 110/35/10 kV-luq 2×40 MVA gücündə GİS tipli, tam qapalı yeni yarımstansiyanın tikintisini həyata keçirəcək.
Bununla bağlı keçirilmiş tenderin qalibi isə “Azərişıq”ın ənənəvi “müştərisi” “SMART ENERGY SERVİCES” MMC olub. Tərəflər arasında işlərin görülməsi üçün 24 milyon 132 min 536 manatlıq müqavilə imzalanıb.
Tribunainfo.az-ın apardığı araşdırma zamanı məlum olub ki, “SMART ENERGY SERVİCES” MMC 2024-2025-ci illərdə 17 tenderə qatılıb. Təəccüblüsü odur ki, bu şirkət yalnız “Azərişıq” ASC-nin tenderlərini udub. Şirkətin başqa qurumların keçirdiyi müsabiqələrdə iştirakı qeydə alınmayıb.
Araşdırma zamanı o da bəlli olub ki, bu tenderlər üzrə sözügedən şirkət “Azərişıq”dan 155 milyon 633 min 281 manat pul alıb.
Açıq mənbələrdə yer alan xəbərlərə görə, “Smart Energy Services” Məhdud Məsuliyyətli Cəmiyyəti 29 yanvar 2020-ci ildə qeydiyyata alınıb və nizamnamə kapitalı 10 manatdır.
Şirkət təsis edildiyi zaman onun qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olub. Daha sonra bu vəzifəyə Tinayev Anar Nemət oğlu təyin edilib.
Qeyd edək ki, “Smart Energy Services” MMC fəaliyyətə başladığı vaxt “RX İNVEST LAYİHƏ” MMC adı ilə qeydiyyatdan keçib. Şirkətin adı daha sonra dəyişdirilib.
Xatırladaq ki, “Azərişıq” ASC-nin sədri Əhmədov Vüqar Cəbrayıl oğludur.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025