Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Bu gün, 16:52)
Ərdoğandan Trampın sülh planına - Reaksiya

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həllinə dair 28 maddəlik sülh planını şərh edib. 
Mediatv.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu barədə Cənubi Afrika Respublikasında keçirilən G20 sammitindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı danışıb.
O, ölkəsinin Ukrayna ilə Rusiya arasında davamlı sülhə nail olmaq istiqamətində səylərə konstruktiv yanaşma sərgilədiyini və İstanbuldakı danışıqlar zamanı əvvəllər nümayiş etdirdiyi mühüm rolu oynamağa hazır olduğunu bildirib:
“Mən bu məsələni ABŞ Prezidenti Donald Trampla dəfələrlə müzakirə etmişəm. Biz inanırıq ki, ədalətli sülh müqaviləsində uduzan olmayacaq, sülhə gedən yolun isə dialoq və birgə müzakirələrdən keçdiyi qənaətindəyik”.
Türkiyə lideri qeyd edib ki, hazırda Ukrayna üçün 28 maddəlik sülh planı ətrafında aktiv müzakirələr davam edir: “Bu sənəd üzrə razılığa gəlmək mümkündürmü? Bəli, razılığa gəlmək olar. Bəs necə? Bu məsələ araşdırılmalıdır. Əgər bütün tərəflərin gözləntilərini qarşılayacaq bir təməl yaradılsa, davamlı sülhə gedən yol açılacaq”.
шаблоны для dle 11.2

Xəbər lenti
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025