Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət / Redaktor seçimi (Bu gün, 20:05)
Nazirə qarşı səssiz üsyan: Region rəisi Adil Kərimliyə meydan oxuyur

 

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsində baş verən proseslər artıq ciddi narahatlıq doğurur. İdarənin rəisi Bəxtiyar Qılıncovun fəaliyyəti mədəniyyət müəssisələrinin işini ləngitməklə yanaşı, Mədəniyyət nazirliyinin bölgədəki nüfuzuna da birbaşa zərbə vurur. Gördüyü işlərdən çox yaratdığı problemlərlə gündəmə gələn Qılıncov sanki mərkəzin tapşırıqlarını icra etmək əvəzinə öz şəxsi “qaydalarını” bölgəyə tətbiq edir.

Mediatv.az-a daxil olan məlumata görə,son dövrlərdə ən çox narazılıq doğuran məsələ Qılıncovun kadr siyasətini tam şəkildə monopoliyaya çevirməsidir. Hansı vəzifəyə kimin gətiriləcəyi artıq peşəkarlığa, təcrübəyə və mövcud ehtiyaca əsaslanmır. Qılıncov yalnız özünə yaxın hesab etdiyi şəxsləri müxtəlif strukturlara təyin edir, illərlə bu sahədə çalışan təcrübəli əməkdaşları isə bir kənara itələyir. Bu yanaşma ciddi narazılıq yaradıb və mədəniyyət müəssisələrinin fəaliyyətini praktiki olaraq zəiflədib. İnsanlar öz işinə fokuslana bilmir, çünki hər gün kiminsə əsassız şəkildə kənarlaşdırılması və ya yerinin dəyişdirilməsi ilə bağlı xəbərlər dolaşır.

Daha problemli məqamlardan biri Bəxtiyar Qılıncovun əməkdaşlarla, xüsusilə də qadın işçilərlə sərt, kobud və psixoloji təzyiqə bərabər davranışıdır. Bir çox hallarda adi iş məsuliyyətini belə təhqiramiz tərzdə izah edir, qadın əməkdaşları daim tənqid, hədə və əsassız iradlarla sıxışdırır. Bu, idarədə sağlam iş atmosferini tamamilə dağıdıb. İnsanlar səhv etməkdən deyil, Qılıncovun emosional reaksiyasından qorxur. Bu cür davranış isə nə mədəniyyət sahəsinə, nə də dövlət idarəçiliyi etikasına yaraşır.

Mediatv.az xəbər verir ki,Qılıncovun daha bir “adi vərdişi” hər bir məsələni öz üzərindən atmaq və Mədəniyyət Nazirliyini günahlandırmaqdır. Hansı məsələ gecikir – nazirlik günahkardır. Hansı iş yarımçıq qalır – guya mərkəz təsdiqləmir. Hansı əməkdaş şikayət edir – “mərkəz göstəriş verməyib”. Bu cür münasibət onun öz səriştəsizliyini gizlətmək üçün qurduğu mexanizmdir. Halbuki idarə daxilindəki problemlərin böyük çoğunluğu məhz onun qeyri-peşəkar qərarları və ziddiyyətli münasibətindən qaynaqlanır.

Hazırkı vəziyyət onu göstərir ki, artıq bölgədə idarəçilik faktiki olaraq Qılıncovun şəxsi ambisiyalarının təsiri altındadır. Əməkdaşların motivasiyası minimuma enib, işlər ləngiyir, mədəniyyət müəssisələrinin fəaliyyəti formal xarakter daşımağa başlayıb. Bu isə təkcə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinə deyil, ümumilikdə Nazirliyin reputasiyasına xələl gətirir.

Bu səbəbdən,  vəziyyətin daha da ağırlaşmaması üçün nazir Adil Kərimlinin müdaxiləsi zəruridir. Sözügedən idarədə formalaşmış səriştəsizliyi, kadr monopoliyasını və psixoloji təzyiq mühitini yalnız mərkəzin qəti mövqeyi dayandıra bilər. Bu proses tormozlanmasa, həm bölgədə mədəniyyət sistemi tamamilə iflic olacaq, həm də nazirliyin bölgədəki nüfuzu geri dönməz şəkildə zədələnəcək
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025