Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (12-04-2015, 09:44)
Fitosanitar nəzarət xidməti: onlar insanların sağlamlığına mənfi təsir edir

Fitosanitar nəzarət xidməti: onlar insanların sağlamlığına mənfi təsir edir

 

Şəki rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının – rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantini mətəqələrinin  əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin, ümumilikdə 300 nəfərin iştirakı ilə “Respublika ərazisində Yovşanyarpaqlı ambroziyanın yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə hazırlanmış məhdudlaşdırıcı  və ləğvedici tədbirlər planının icrasına dair II regional müşavirə” keçirilib.
Tədbiri giriş nitqi ilə Şəki rayon İcra Hakimiyyətinin başçısının müavini Firon Əliyev açaraq iştirakçıları salamlayaraq, keçirilən  tədbirin bölgə və ümumiyyətlə ölkəmiz üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonara DFNX-nin rəisi Camal Quliyev tədbirin  2015-ci ilin ölkədə “Kənd Təsərrüfatı” ili elan olunması münasibəti ilə  təsdiq edilən tədbirlər planına əsasən  həyata keçirildiyini,  zərərli orqanizmlərə qarşı aparılan mübarizə tədbirlərinin  elmi əsaslarla təşkil edilməsininin və kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsində inteqrir mübarizə tədbirləri sisteminə keçidin zamanın tələbi olduğunu  qeyd edib.
Xidmət rəisi  onu da qeyd edib ki, Yovşanyarpaqlı ambroziya birillik yazlıq alaq bitkisi olmaqla respublika ərazisində 11 min ha-dan artıq ərazidə yayılmış, bütün mədəni və başqa tarla bitkilərinin əkinlərini, bağları, üzümlükləri, çəmənlikləri, otlaq sahələrini və qoruyucu meşə zolaqlarını zibilləyir. Eyni zamanda  ambroziya geniş yayıldığı ərazilərdə kənd təsərrüfatı bitkilərinin və otlaqların məhsuldarlığını azaltmaqla yanaşı, məhsulun keyfiyyətini aşağı salır və insanların sağlamlığına mənfi təsir edir. Tədbirlər planı çərçivəsində 2014-cü ildə alaq otuna qarşı 4830 ha sahədə kimyəvi  mübarizə tədbirləri həyata keçirilib.
Müşavirədə Balakən və Zaqatala rayonlarında Yovşanyarpaqlı ambroziyanın populyasiyasının minimum səviyyəyə endirilməsi, respublika ərazisində növbəti yayılmalarının qarşısının alınması, Qax və Şəki rayonlarında yayılma ocaqlarının tamamilə ləğv edilməsi, kənd təsərrüfatı bitkilərinə  və insan sağlamlığına zərərli təsirinin minumuma endirilməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, davamlı aqrobiosenozların yaradılması və bölgədə fitosanitar sabitliyin təmin edilməsi qarşıya əsas məqsəd qoyulub.
Müşavirədə Yovşanyarpaqlı ambroziyanın  monitorinqi və identifikasiyası, aqrotexniki, bioloji, kimyəvi mübarizə üsulları, karantin tədbirləri sistemi  və digər aktual məsələlər geniş müzakirə edilmişdir. Bölgədə  yovşanyarpaqlı ambroziyaya qarşı kimyəvi mübarizə tədbirlərinə başlanılıb.
Tədbirin sonunda  müşavirə iştirakçıları və fermerlər göstərilən qayğıya görə Respublika Prezidenti İlham Əliyev cənablarına  və Kənd Təsərrüfatı Nazirliyinə öz minətdarlıqlarını bildiriblər.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024