Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 09:20)
Əlisafa Məmmədov bu qədər sərvəti necə toplayıb?

 
 SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəisi Əlsəfa Məmmədovun sürdüyü avtomobil son günlər ciddi müzakirə mövzusuna çevrilib. Şöbə rəisinin idarə etdiyi Mercedes E300 markalı, dövlət nömrə nişanı 99 FB 222 olan avtomobilin bazar dəyərinin təxminən 115 min manat olması bu vəzifədə çalışan bir məmurun gəlir imkanları ilə heç cür üst-üstə düşmür.

Mediatv.az xəbər verir ki,bu gün ölkədə dövlət qulluqçularının maaş səviyyəsi hər kəsə məlumdur. Aylıq əməkhaqqı ilə yaşayan, xüsusilə də bölgə strukturunun  şöbə rəisinin bu qədər yüksək dəyərli avtomobilə sahib olması cəmiyyətdə çoxsaylı suallar doğurur. İctimaiyyət haqlı olaraq soruşur: Belə bir  bahalı avtomobil hansı vəsait hesabına alınıb? Şəxsi biznesi olmayan, yalnız dövlət maaşı ilə işləyən bir məmurun belə bir yaşam standartına malik olması şəffaflıq tələb edən məsələdir.

Məsələ təkcə avtomobilin qiyməti ilə bitmir. Lüks həyat tərzi, yüksəkgəlirli şəxslərə xas olan davranış modelləri və bölgənin sosial-iqtisadi reallıqları ilə uyğunlaşmayan bu görüntü Cəlilabadda narahatlıq yaradır. Sadə vətəndaş üçün əlçatmaz olan bir avtomobilin dövlət rəsmisi tərəfindən idarə olunması ictimai etimadın zədələnməsinə səbəb olur.

Bu səbəbdən SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəisi Əlisafa Məmmədovun fəaliyyətinin, gəlir mənbələrinin və mümkün maraq toqquşmalarının obyektiv araşdırılması artıq zərurətə çevrilib. Dövlət qulluğunda çalışan hər kəsin gəlir-xərc balansı şəffaf olmalı, suallar cavabsız qalmamalıdır.

Belə məsələlər təkcə bir şəxslə bağlı deyil — ümumi sistemin sağlamlığını, dövlət məmurunun nüfuzunu və cəmiyyətin dövlətə olan etimadını birbaşa təsir edən faktorlardır. Buna görə də aidiyyəti qurumların operativ və qərəzsiz şəkildə araşdırma aparması həm hüquqi, həm də ictimai baxımdan vacib addımdır.

 Mediatv.azшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025