İzləyicimizin sözlərinə görə, profilin adı onun diqqətini çəkib və o, qarşı tərəfə yazmağa başlayıb. Bir müddət yazışdıqdan sonra Mahmudova Gülgəz ona “ruhunda cadu olduğunu”, gələcəkdə “xərçəng xəstəliyinə tutulacağını” bildirib və təcili şəkildə bu cadunun batil edilməsinin, bədənindəki mənfi enerjinin təmizlənməsinin vacib olduğunu deyib.
Beləliklə, 2024-cü ildən 2025-ci ilin 5 noyabr tarixinədək izləyicimizdən nə az, nə çox düz 17.000 manat pul aldığı iddia olunur. Şikayətçinin sözlərinə görə, bu müddət ərzində onda ciddi psixoloji problemlər yaranıb və bunun əsas səbəbi Mahmudova Gülgəzin hər dəfə onu qorxutması olub.
İzləyicimiz sonuncu dəfə pulu ona Səbail rayonu ərazisində verdiyini bildirib və məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsinə şikayət edib.
Patrul.az olaraq qeyd edirik ki, son dövrlərdə, xüsusilə sosial platformalar üzərindən fəaliyyət göstərərək özlərini “baxıcı”, “enerji təmizləyici”, “cadu açan” kimi təqdim edən şəxslərin sayı artmaqdadır. Bu cür fəaliyyətlərin hüquqi əsası yoxdur və həmin şəxslər insanlarda qorxu yaradaraq psixoloji təsir altında maddi və mənəvi qazanc əldə etməyə çalışırlar.
Mütəxəssislərin fikrincə, tibbi və ya psixoloji narahatlıq yaşayan vətəndaşlar ilk növbədə rəsmi qurumlara, psixoloqlara və həkimlərə müraciət etməlidirlər. Sosial şəbəkə hesabları vasitəsilə “qara enerji”, “cadu”, “ruh təmizliyi” adı altında göstərilən xidmətlər isə insanları aldadaraq dələduzluğa yol açır.
Patrul.az oxucuları maarifləndirərək bildirir ki, bu kimi hallarla rastlaşdıqda rəsmi qurumlara müraciət etməli və heç bir halda sosial platformalarda özünü fövqəltəbii güclərə malik kimi təqdim edən şəxslərə inanmamalıdırlar.(patrulaz.az)









Redaksiyamıza müraciət edən və adının çəkilməsini istəməyən izləyicimiz iddia edir ki, əslən Füzuli rayonundan olan, hazırda isə Binəqədi rayonunda yaşayan və Instagram sosial platformasında “ruhuniarindir” və “gozeldualar55” profillərinin sahibi olan Mahmudova Gülgəz Siyavuş qızı onun 17.000 manat pulunu mənimsəyib.














