Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 11:01)
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:Niyə məhz bir mənbədən satınalma?!

 

Biləsuvar Rayon İcra Hakimiyyəti ilə "İMZA CONSTRUCTION" MMC-ni hansı maraqlar bağlayır?

 Biləsuvar Rayon İcra Hakimiyyəti "İMZA CONSTRUCTION" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə növbəti müqavilə imzalayıb. Biləsuvar Rayonunda Heydər Əliyev parkında yerləşən fəvvarələrin cari təmiri işləri ilə bağlı bağlanmış müqavilə ilə icra hakimiyyəti bu şirkətə 35.003,76 manat ödəməli olacaq...
Bu dəfə də, müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Müvafiq tender elan edilmədən, birbaşa, bir mənbədən olmaqla...
Xatırladaq ki, bu tərəflər arasında ilk əməkdaşlıq deyil. Sonuncu dəfə 3 aya yaxın əvvəl  rayonun küçə və yollarının əsaslı təmiri ilə bağlı müqavilə imzalanmışdır. Bu müqavilə ilə icra hakimiyyəti şirkətə 314.439,87 manat ödəmişdir. O zaman da, eyni ilə, satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilmədən- birbaşa, bir mənbədən olmaqla(?)  
Onu da qeyd edək ki, ki, bir mənbədən satınalma da, Biləsuvar Rayon İcra Hakimiyyəti üçün heç də ilk deyil.Bir müddət əvvəl də  “Baku Buılding” MMC ilə Ulu öndər Heydər Əliyevin abidəsinin postamentinin, abidəətrafı döşəmələrin və pilləkənlərin təmiri ilə də bağlı bir mənbədən olmaqla müqavilə bağlanıb(?) İndi isə yenidən "İMZA CONSTRUCTION" MMC ilə ənənəvi metodla...Biz Yenixeber.org olaraq zamanında bu haqda yazmışdıq. (Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/problem/191089-bil%C9%99suvar%C4%B1n-icra-ba%C5%9F%C3%A7%C4%B1s%C4%B1na-%E2%80%9Cdur%E2%80%9D-dey%C9%99n-olcaqm%C4%B1-%E2%80%93.html )
                 ***
Bu istiqamətdə heç bir yenilik olmadığından, biz də əvvəlki yazımızı müəyyən yeniliklərlə xatırlatmalı olduq...
Görünür Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətov bir növ adətkarda olub. Dövlətin pulunu dövlətin məlum qanunları ilə deyil, "öz qanunları" ilə xərcləyir. Və bu mövzuda medianın sorğusunu cavabladırmağın da, vəzifə borclarından biri olduğunu “unudur”...Hələ ki, adama bir “DUR” deyən yoxdur!
Qeyd edək ki, bir mənbədən satınalma qanunla mümkündür. Amma,.. müvafiq əsaslandırmalarla!
                    ***
Bu arada xatırladaq ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...
Elə isə maraqlıdır, Biləsuvar rayonunda küçə və yolların əsaslı təmiri, eləcə də Heydər Əliyev parkında yerləşən fəvvarələrin cari təmiri ilə bağl müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa  
"İMZA CONSTRUCTION" MMC ilə müqavilə bağlamaq hansı zərurətdən doğdu? Ölkədə “N” sayda bu işləri görə biləcək şirkətlər olduğu halda, niyə məhz "İMZA CONSTRUCTION" MMC? Və s.
Şübhə yox ki, günlərin birində aidiyyatı dövlət instansiyaları Faiq Qürbətovdan bu suallara cavab istəyəcəklər...(Yenixeber.org)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025