Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (Bu gün, 08:45)
Müştərisindən 5 min AZN "şapka" götürən Rəşad Əliyevin atadan qalma "Kəpəz" BOKT-da xalis mənfəət azalıb, kredit portfeli partlayış həddində

 Xəbər verdiyimiz kimi, Rəşad Əliyevin rəhbərlik etdiyi "Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC müştərilərin üzərinə maliyyə oyunları qurub. Belə ki, 32gun.az-a daxil olan şikayətə görə, kredit götürən vətəndaşlar faktiki olaraq müqavilədə göstəriləndən az məbləğ alır, lakin ödəməli olduqları borc çox yüksək göstərilib. Müştərilərdən biri bildirib ki, mənzilini girov qoyaraq 33 min manatlıq kredit götürsə də, əslində 27 500 manat verilib. 3 illik borc öhdəliyi isə 58 890 manat göstərilib. Şikayətçi iddia edir ki, BOKT əməliyyat zamanı 5 min manatdan çox “şapka” götürüb və ödənişlərinə baxmayaraq, hələ də 28 mindən çox borc qalıb.
Bu dəfə isə 32gun.az xəbər verir ki, “Kəpəz” Bank Olmayan Kredit Təşkilatının açıqladığı 2025-ci ilin I yarımillik maliyyə nəticələrini araşdırıb.
Rəsmi hesabat bankın gəlirlərində ciddi azalma və əməliyyat risklərinin artdığını göstərir.
 

Xalis mənfəət 75% azaldı

Hesabata əsasən, xalis mənfəət 1 778 min manatdan 444 min manata düşüb. Analitiklər bildirirlər ki, bu azalma bankın əməliyyat mənfəətinə ciddi təzyiq yaratdığını və gələcəkdə maliyyə dayanıqlığını təhlükə altına ala biləcəyini göstərir.

Faiz gəlirləri azalır, xərclər yüksək qalır

Faiz gəlirləri 3 423 min manatdan 1 823 min manata enib. Faiz xərcləri isə 447 min manat olaraq qalır. Nəticədə xalis faiz gəlirləri 1 376 min manatla məhdudlaşıb. Bu vəziyyət bankın əsas gəlir mənbəyində ciddi təzyiqin olduğunu ortaya qoyur.

Əməliyyat mənfəətini “yuyub aparan” ehtiyatlar - Kredit portfeli risk altındadır

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlara 1 040 min manat ayrılıb ki, bu əməliyyat mənfəətinin 70%-dən çoxunu udub. Bu, bankın kredit portfelində yüksək risklərin mövcudluğunu və gələcəkdə potensial zərərlərin ciddi olacağını göstərir.
Müştərilərə verilmiş kreditlərin həcmi 12 073 min manatdır. Bunun üçün yaradılmış xüsusi ehtiyat isə 2 735 min manat təşkil edir. Bu, kreditlərin təxminən 20%-nin risk altında olduğunu göstərir ki, bankın gələcək kredit performansı üçün ciddi xəbərdarlıqdır.


Likvidlik zəifdir, öhdəliklər həyəcanvericidir

Nağd vəsait 324 min manatla məhdudlaşıb. Banklardan alınmış kreditlər 1 891 min manat, buraxılmış borc qiymətli kağızları 4 070 min manat, digər öhdəliklər isə 556 min manatdır. Ümumi öhdəliklərin 6 517 min manat olması kapitalın dayanıqlığını ciddi şəkildə sınayır.

Kapital strukturunda risklər - Analitiklərin xəbərdarlığı

Nizamnamə kapitalı 5 000 min manat olsa da, bölüşdürülməmiş mənfəət 471 min manat, keçmiş illərin xalis mənfəəti isə cəmi 26 min manatdır. Bu, bankın daxili maliyyə dayanıqlığının hələ də zəif olduğunu göstərir.

Ekspertlər hesab edir ki, gəlirlər azalır, xərclər isə sabit qalır. Xüsusi ehtiyat ayırmaları əməliyyat mənfəətini əhəmiyyətli dərəcədə azaldır və kredit portfelindəki risklər bankın maliyyə dayanıqlığını ciddi təhlükə altına qoyur.

Nəticə onu göstərir ki...

“Kəpəz” Bank MMC-nin 2025-ci ilin I yarımillik hesabatı göstərir ki, gəlirlər azalır, xərclər yüksək qalır, kredit portfeli isə risk altında yerləşir. Bankın maliyyə dayanıqlığı ilə bağlı ciddi narahatlıq var və gələcəkdə əməliyyat mənfəətində daha ciddi azalmalar müşahidə oluna bilər.
Rəsmi sənədlərdə təqdim olunan rəqəmlər bankın maliyyə vəziyyətinin kritik həddə yaxınlaşdığını açıq şəkildə göstərir.
 Bildirək ki, "Kəpəz" BOKT-un qanuni təmsilçisi və direktoru Rəşad Əliyev Əbülfəz oğludur. Şirkətin təsisçisi isə atası Əbülfəz Əliyev olub, Ə.Əliyev bankla bağlı məlumatlarda həmçinin müşahidə Şurasının üvü kimi qeyd edilib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025