Sosial / Slayd / Redaktor seçimi (Bu gün, 13:51)
Sənədsiz Ev Sahiblərinin Çarəsizliyi: Qaz Çəkilişində Rüşvət İddiaları Artır
Mediatv.az xəbər verir ki,ölkənin müxtəlif bölgələrində sənədsiz tikililərin qazlaşdırılması ilə bağlı narazılıqlar son aylarda daha da artıb. Rəsmi qaydalara əsasən, yaşayış evinə qaz çəkilişi üçün mülkiyyət sənədi, texniki şərt və digər hüquqi sənədlər tələb olunur. Lakin sənədləşmə prosesinin illərlə uzanması, bəzi ərazilərin hələ də dövlət reyestrinə salınmaması minlərlə ailəni çıxılmaz vəziyyətdə qoyub. Bu boşluq isə müxtəlif vasitəçilər və qeyri-rəsmi şəxslər üçün geniş rüşvət mexanizmi yaradıb.
“Sənəd yoxdur? Xüsusi yol tapılar…”
Uzun illər ərzində minlərlə ev tikilib, lakin torpaq və mülkiyyət sənədləri verilməyib.Sənədlərin verilməsi, ərazilərin inventarlaşdırılması və reyestrə salınmasının uzanması qeyri-rəsmi müdaxilələrə şərait yaradır. Bu isə rəsmi qazlaşdırmanın qarşısında əsas maneədir. Mediatv.az-ın araşdırması zamanı bir çox sakinlər iddia edir ki, sənədsiz evlərinə qaz çəkdirmək üçün rəsmi prosedurdan keçmək mümkün olmadığından qeyri-rəsmi ödənişlərlə qaz çəkdirmək mümkündür. Sakinlərin sözlərinə görə, “vasitəçilər” adlandırılan şəxslər birbaşa qaz xəttinin çəkilməsi üçün müxtəlif məbləğlər tələb edirlər.Belə hallar daha çox şəhərətrafı massivlərdə və son illər sürətlə genişlənən yeni yaşayış sahələrində müşahidə olunur.Demək olar ki,Bakının və Abşeron rayonunun əksər ərazilərində istənilən vaxt "müəyyən maraqlar daxilində"qaz çəkilişi aparmaq olar.
Sakinlər çıxış yolu gözləyir
Bu gün minlərlə ailə qış aylarında qazsız qalmaq təhlükəsi ilə yenə də üz-üzədir.Yada ki 1500-3000 civarında qeyri-rəsmi ödəniş edib yaşadıqları evə qaz çəkdirməlidir. Onlar həm hüquqi sənədləşmənin sadələşdirilməsini, həm də rüşvət mexanizmlərinə şərait yaradan boşluqların aradan qaldırılmasını tələb edirlər.
Açıq qalır əsas sual: Sənədsiz evlərin illərlə davam edən status problemi nə vaxt tam həll olunacaq və qaz kimi ən əsas ehtiyacın təminatı üçün sakinlər nə qədər daha gözləməli olacaqlar?
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025


























