Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-10-2015, 22:06)
950 kiloqram məhsul satışdan çıxarılıb

Camal Quliyev: "3850 ton superfosfat gübrəsinin idxal icazəsi olmadığı üçün satışı dayandırılıb"

Son zamanlar bəzi fermerlər maddi durumlarının yaxşı olmadığını əsas gətirərək kənd təsərrüfatı sahələrində və meyvə bağlarında ziyanvericilərə qarşı mübarizə tədbirlərinin dövlət hesabına aparılmasını istəyirlər. Ancaq onlar müvafiq dövlət orqanlarından müsbət cavab ala bilmirlər. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) rəisi Camal Quliyev "Həftə içi"nə müsahibəsində bu məsələlərdən danışıb: 
- Karantin və xüsusi təhlükəli ziyanvericilərə qarşı mübarizə tədbirləri dövlət vəsaiti hesabına aparıla bilər. Yerdə qalan ziyanvericilərə qarşı mübarizə isə təsərrüfat sahiblərinin hesabına aparılmalıdır. Bu ilin 9 ayı ərzində ölkə üzrə kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının aşkarlanması üçün 3 milyon 204 min 883 hektar sahədə müşahidə işləri aparılıb. Mübarizə tədbirləri nəticəsində məhsul itkisinin qarşısı alınıb, zərərvericilərin sayı minimuma endirilərək fitosanitar sabitlik təmin edilib. 
- Ancaq bəzi fermerlər iddia edirlər ki, yovşanyarpaqlı ambroziya məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Bu barədə nə deyə bilərsiniz? 
- Yovşanyarpaqlı ambroziya birillik yazlıq alaq bitkisi olmaqla ölkə ərazisində 11 min hektardan artıq ərazidə yayılıb, bütün mədəni və başqa tarla bitkilərinin əkinlərini, bağları, üzümlükləri, çəmənlikləri, otlaq sahələrini və qoruyucu meşə zolaqlarını zibilləyir. Eyni zamanda ambroziya geniş yayıldığı ərazilərdə kənd təsərrüfatı bitkilərinin və otlaqların məhsuldarlığını azaltmaqla yanaşı, məhsulun keyfiyyətini aşağı salır və insanların sağlamlığına mənfi təsir edir. Balakən və Zaqatala rayonlarında yovşanyarpaqlı ambroziyanın populyasiyasının minimum səviyyəyə endirilməsi, respublika ərazisində növbəti yayılmalarının qarşısının alınması, Qax və Şəki rayonlarında yayılma ocaqlarının tamamilə ləğv edilməsi, kənd təsərrüfatı bitkilərinə və insan sağlamlığına zərərli təsirinin minimuma endirilməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, davamlı aqrobiosenozların yaradılması və bölgədə fitosanitar sabitliyin təmin edilməsi qarşıya əsas məqsəd qoyulub. Həmin bölgədə yovşanyarpaqlı ambroziyaya qarşı kimyəvi mübarizə tədbirlərinə başlanıb. 
- Bazarlarda tərkibində kimyəvi maddələr olan və insan həyatı üçün təhlükə törədən məhsullar və mallar satılır. Bunun qarşısının alınması istiqamətində yoxlamalar keçirilirmi?
- Təkcə bu ilin 9 ayı ərzində Respublika Karantin Ekspertiza Mərkəzində bitki və bitkiçilik məhsullarının 23 min 12 nümunəsi əsasında 58 min 606 ekspertiza aparılıb və 11 min 71 ekspertiza protokolu tərtib edilib. Ekspertiza zamanı karantin və xüsusi təhlükəli orqanizmlər aşkar edildiyinə görə adıçəkilən mərkəzin fumiqasiya dəstəsi tərəfindən cari ildə 89 min 342,4 ton texniki yük, 4121,6 kubmetr taxta materialı, 2 milyon 361 min 742 kubmetr obyekt və boş anbar sahəsi zərərsizləşdirilib. Tərkibində pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarı yol verilən normadan artıq olan, insan həyatına və sağlamlığına təhlükə törədən keyfiyyətsiz 950 kiloqram məhsul dövriyyədən çıxarılıb. Bu istiqamətdə tədbirlərimiz davam edir. Biz həmişə Ədliyyə Nazirliyinin çıxarışı əsasında pestisidlərin və aqrokimyəvi maddələrin satışı ilə məşgul olan hüquqi və fiziki şəxslərə məxsus obyektlərdə yoxlamalar aparırıq. Bu ilin 9 ayı ərzində də 91 obyektdə yoxlamalar aparmışıq.
Yoxlamalar zamanı İmişli rayonunda "MikroAzFeed" MMC-yə məxsus anbarda 3850 ton superfosfat gübrəsinin idxal icazəsi olmadığı və keyfiyyət göstəriciləri mövcud standartlara uyğun olmadığı üçün satışı dayandırılıb. Ancaq tətbiq normasına müvafiq düzəlişlər edildikdən sonra istifadəsinə icazə verilib. Yoxlamalar zamanı həmçinin respublikanın müxtəlif regionlarında bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr satılan mağazalarda qeydiyyatdan keçməyən, mənşəyi məlum olmayan, istifadə müddəti keçmiş 115 adda 1396 kiloqram/litr preparat aşkar edilərək dövriyyədən çıxarılıb və satışı qadağan edilib. "Maksimal Kapital" MMC tərəfindən ölkəyə gətirilən Türkiyənin "Cansa Kimya" şirkətinin istehsalı olan 17 ton 95 kiloqramlıq 39 adda preparatın və fiziki şəxs Bağırov Cəlal Telman oğlu tərəfindən gətirilən və Çinin "Shehzhen Andamao İmport and Export Co Ltd" şirkətinin istehsalı olan 9520 kiloqramlıq 2 adda preparatın dövlət qeydiyyatından keçmədiyini dəqiqləşdirdik. Sözügedən şirkətlərin xüsusi razılıq, yəni lisenziya olmadan fəaliyyət göstərdiyini nəzərə alaraq həmin preparatların geri qaytarılması üçün müvafiq tədbirlər görmüşük. Bu istiqamətdə də işlərimiz davam etdiriləcək. 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024