Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (Bu gün, 21:49)
Xəzər Nuriyevin səriştəsizliyi nazirin fəaliyyətinə kölgə salır – nə baş verir?

Cəlilabadda Aztelekom MMC-nin Cəlilabad rayon şöbəsinin rəisi Xəzər Nuriyevin fəaliyyəti sakinlər arasında narazılıq yaradıb. Mirtəhməzli kəndində yaşayan  Təhməzov Sahib Elyas oğlu dəfələrlə internet xəttinin çəkilməsi üçün müraciətlər etsə də, vətəndaşın müraciətlərinə Xəzər Nuriyev tərəfindən biganə yanaşılıb. Bəzi narazı vətəndaşlar bildirirlər ki, narazılığımızı şöbə rəisinə bildirən zaman onlara “gedin hara istəyirsiniz, şikayət edin” kimi cavablar verilib, bu isə ajiotaj yaratmaqla yanaşı, ümumi narazılığı daha da artırıb.

Mediatv.az xəbər verir ki, rayonun digər ərazilərində də internet xətlərinin çəkilməsi və xidmətlərin təmin olunmasında gecikmələr, koordinasiya çatışmazlıqları və operativlik problemi davam edir. Sakinlər və internet istifadəçiləri Xəzər Nuriyevin davranışlarından, işin təşkili və təşkilatçılıq səviyyəsindən narazıdırlar. İşlərin planlı və sistemli şəkildə aparılmaması, yerli sakinlərin tələblərinə cavab verilməməsi uzun müddətdir ki, gərginlik yaradır.

İddialara görə, Xəzər Nuriyev vətəndaşların müraciətlərinə laqeyd yanaşmaqla yanaşı, həm də şöbə daxilində özbaşına qərarlar qəbul edir, məsələlərin həllini ləngidir və nazirliyin həyata keçirdiyi layihələrin imicinə kölgə salır. Bu vəziyyət, sakinlərin xidmətlərdən vaxtında yararlana bilməməsi və rəqəmsal infrastrukturun inkişafının ləngiməsi ilə nəticələnir. Əhali artıq nazirliyin diqqətini bu məsələyə çəkmək, fəaliyyətin şəffaf və operativ olmasını təmin etmək istəyir.

Ümid edirik ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Xəzər Nuriyevin özbaşınalığına son qoyar, rayon sakinlərinin haqlı tələbləri təmin olunur və Cəlilabad rayonunda xidmətlərin keyfiyyəti bərpa olunar.
Araşdırmalarımız davam edir...

Mediatv.azшаблоны для dle 11.2

Xəbər lenti
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025