Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Redaktor seçimi (Bu gün, 08:49)
Kəpəz Hospitalda müqavilə və sertifikat qaydalarını pozan həkimin fəaliyyəti sual altındadır

 

Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən hüquqi sənəddir.Bəzi hallarda  müəyyən təşkilatlar işçilərlə əmək müqaviləsi bağlanılmırlar.Belə hal aşkarlandıqda həmən təşkilat müvafiq orqanlar tərəfindən müxtəlif inzibati və cinayət məsuliyyətinə cəlb olunur. Cinayət Məcəlləsinin 162-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçinin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə qanunvericilikdə müəyyən olunmuş miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya  iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq olunur.
 

Bundan əvvəlki yazımızda(https://mediatv.az/karusel/129927-kepez.html-yazını bu linkdən oxuya bilərsiniz) qeyd etmişdik ki,Səhiyyə nazirliyinə "Kepez Hospital"la bağlı yolladığımız sorğuya cavab olaraq bildirilir:"həkim Seymur İlqar oğlu Məmmədov ilə bağlı araşdırma zamanı,sistemde "Kəpəz Hospital" özəl tibb müəssisəsi ilə həkim Seymur İlqar oğlu Məmmədov arasında bağlanmış əmək müqaviləsinə dair qeydiyyatın (qüvvədə olan) olmadığı müəyyən edilmişdir".Lakin əməkdaşlarımız Mediatv.az-ın redaksiyasına daxil olmuş məlumatın etibarlılığını dəqiqləşdirmək üçün Kəpəz Hospitalın 055 990 00 88 nömrəsi ilə əlaqə saxlayan zaman Seymur Məmmədovun "Kəpəz Hospital"da çalışdığını və İlkin adlı həkimlə bir otaqda oturduğunu təsdiqləmişdilər.
"Kəpəz Hospital"la  heç bir əmək müqaviləsi bağlanmadan estetik əməliyyatları həyata keçirənlərdən biri də sertifikatı ləvğ olunmuş Seymur Məmmədovdun olduğu təsdiləndi.Bu vəziyyət yalnız tibbi etikaya zidd olmaqla qalmır, eyni zamanda pasiyentlərin sağlamlığına ciddi risk yaradır. Müqavilə və sertifikatın olmaması onun hüquqi səlahiyyətinin olmadığı,xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi, əməliyyatları qanunsuz şəkildə apardığı mənasına gəlir."Kəpəz Hospital"la Seymur Məmmədov arasında əmək müqaviləsinin olmamasından,pasiyentlərin xəstəlik vərəqələrinin başqa həkimin adına rəsimləşdirilməsi ehtimal edilir.Bu da məsələni daha da mürəkkəbləşdirir.

Kəpəz Hospitalın idarəetmə və nəzarət mexanizmlərində bu cür boşluqların mövcudluğu, məsələnin yalnız tibbi deyil, həm də hüquqi aspektdə ciddi problem yaratdığını göstərir. Səhiyyə,əmək müfəttişliyinin və digər nəzarət orqanlarının məsələni dərindən araşdırması  gələcəkdə daha ağır halların qarşısının alınmasını zəruri edir.

Yekun olaraq qeyd etmək lazımdır ki, sertifikatsız tibbi fəaliyyət, vəzifə səlahiyyətlərinin aşılması hesab olunur, bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309-cu maddəsinə əsasən məsuliyyət yaradır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025