Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-09-2015, 15:40)
ATU-nun Tədris Cərrahiyyə Klinikasında Reabilitasiya və Fizioterapiya Mərkəzi açıldı.

 ATU-nun Tədris Cərrahiyyə Klinikasında Reabilitasiya və Fizioterapiya  Mərkəzi açıldı.

Akademik Əhliman Əmiraslanov: “Yeni mərkəz müalicə prosesində xüsusi rol 
oynayacaq”
Müasir dünya səhiyyəsində xroniki xəstəliklərin müalicəsi zamanı və 
cərrahi əməliyyatlardan sonra itirilmiş funksiyaların bərpa edilməsi çox 
vacib və önəmli yer tutur. Tibbin bütün sahələrində olduğu kimi 
Azərbaycanda da fizioterapiya və reabilitasiya sahəsi getdikcə inkişaf 
etməkdədir. Artıq travmatologiya, neyrocərrahiyyə və tibbin digər 
sahələrində fizioterapiya və reabilitasiyanın yaratdığı imkanlardan 
geniş istifadə olunur. Azərbaycan tibbinə daim innovasiyalar gətirən, 
əhaliyə ən üstün və keyfiyyətli tibbi xidmət təqdim edən Azərbaycan Tibb 
Universiteti məhz bu sferada - fizioterapiya və reabilitasiya sahəsində 
də tam fərqli fəaliyyətini ortaya qoyur.
Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Reabilitasiya və 
Fizioterapiya Mərkəzi"nin açılışı oldu. Türkiyənin məşhur “Romatem” 
Reabilitasiya Xəstəxanalar qrupunun dəstəyi ilə ərsəyə gələn bu mərkəz 
bərpa müalicəsi sahəsində ən son nailiyyətləri təqdim edəcək.
Açılış mərasimindən öncə keçirilən konfransda ATU-nun rektoru, akademik 
Əhliman Əmiraslanov çıxış edərək, Azərbaycanda belə bir mərkəzin 
açılışının əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin daha da 
yüksəldilməsi baxımından çox faydalı olacağını bildirdi: “Türkiyənin 
məşhur Romatem şirkətinin bizimlə birlikdə belə bir mərkəz yaratması həm 
Tibb Universitetinin, həm də Tədris Cərrahiyyə Klinikasının həyatında 
çox mühüm hadisədir. Bu gün xəstələrin müalicəsində reabilitasiyanın nə 
dərəcədə böyük rol oynamasından saatlarla danışmaq olar. Müasir dövrdə 
həyata keçirilən hər hansı cərrahi əməliyyatın uğuru yalnız əməliyyatın 
necə keçirilməsindən yox, həm də bütövlükdə prosesdən, əməliyyatdan 
sonrakı müddətdə bərpa prosedurunun necə getməsindən də asılıdır”.
Akademik Ə.Əmiraslanov qeyd etdi ki, Prezident İlham Əliyev cənabları 
Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sahəyə, o, cümlədən 
səhiyyə sisteminə də xüsusi diqqət və qayğı göstərir. Bunun nəticəsi 
olaraq son illər yüksək maddi-texniki bazaya malik çoxsaylı tibb 
müəssisələri əhalinin istifadəsinə verilmişdir. Rektor Ə.Əmiraslanov 
artıq neçə müddətdir ki, belə bir mərkəzin yaradılması haqda təşəbbüsün 
olduğunu və nəhayət türkiyəli həmkarların köməyilə buna nail olduqlarını 
qeyd etdi. Akademik tibbin son nailiyyətlərinə uyğun avadanlıqlarla 
təchiz olunmuş, yüksək ixtisaslı mütəxəssislərin çalışacağı 
Reabilitasiya və Fizioterapiya Mərkəzinin Azərbaycanda bir sıra 
xəstəliklərin müalicəsi prosesinə xüsusi töhfə verəcəyinə tam əmin 
olduğunu da bildirdi.
Türkiyənin məşhur “Romatem” Reabilitasiya Xəstəxanalar qrupunun rəhbəri 
Dr.Göksal Haloğlu isə Azərbaycanda olmaqdan, Tibb Universiteti ilə 
birlikdə belə bir mərkəz yaradılmasında iştirak etməsindən qürur 
duyduğunu vurğuladı. Mütəxəssisin sözlərinə görə, Türkiyə-Azərbaycan 
arasında hər bir sahədə olduğu kimi elm və tibb sahəsində də əlaqələrin 
genişlənməsi çox sevindirici haldır: “İnanıram ki, hər iki ölkənin bu 
məsələdə bir-birindən öyrənəcəyi çox şeylər var. Bu gün Türkiyənin 
nüfuzlu “Romatem” qurumu ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasının 
ortaq ərsəyə gətirdiyi mərkəzin açılışı da həmin münasibətlərin 
dərinləşməsində məxsusi rol oynayacaq. “Romatem” olaraq biz bu layihəyə 
çox böyük diqqətlə yanaşırıq”.
Daha sonra Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, 
ATU-nun fizioterapiya kursunun müdiri, professor Əlişir Musayev də 
müxtəlif xəstəliklərin müalicəsində reabilitasiyanın böyük əhəmiyyət 
daşıdığını qeyd etdi. Türkiyəli prof. Dr. Tunc Alp Kalyon da bu mərkəzlə 
yanaşı, ATU-nun Tədris Cərrahiyyə Klinikası ilə birgə çox gözəl 
layihələrə imza atacaqlarına inandığını bildirdi.
Sonra konfrans iştirakçıları ATU-nun Tədris Cərrahiyyə Klinikasında yeni 
açılan “Reabilitasiya və Fizioterapiya Mərkəzi”nə baxış keçirdilər. 
Mərkəzdə quraşdırılmış yeni tibbi avadanlıqlar, göstəriləcək tibbi 
xidmətlər haqqında qonaqlara ətraflı məlumat verildi. Qeyd olundu ki, 
“Romatem” şirkətinə məxsus zəncirin bir hissəsi kimi yeni açılan mərkəz, 
bərpa müalicəsi üçün zəruri olan tibbi avadanlıqlarla tam təchiz olunub. 
Avadanlıqlar arasında uzunmüddətli yataq xəstələrində hərəkətin bərpası 
üçün olduqca önəmli olan Erica aparatı, Standtable cihazları xüsusi 
vurğulandı. Bundan əlavə, Mərkəzdə bədən tərbiyəsi yolu ilə həyata 
keçirilən müalicə və reablitasiya üçün, o cümlədən, ayrı-ayrı oynaqlarda 
olan artrozların aradan götürülməsi, hərəkətin aktivləşdirilməsi üçün 
lazım olan bütün avadanlıqlar da mövcuddur. Fizioterapiya və 
reabilitasiya sahəsində xüsusi önəm daşıyan masaj növləri də mərkəzin 
xidmətləri sırasına daxil edilib.
Qeyd edək ki, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş və yüksək 
ixtisaslı mütəxəssislərin çalışdığı ATU-nun Tədris Cərrahiyyə 
Klinikasındakı yeni “Reabilitasiya və Fizioterapiya Mərkəzi” artıq bu 
gündən etibarən əhalinin ixtiyarına verilib.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024