Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (26-02-2014, 10:21)
Kliniki Tibbi Mərkəz: Cənubi Qafqazın ən böyük xəstəxanası Azərbaycan səhiyyəsini avanqard kimi dünyada təmsil etməyə layiqdir

Kliniki Tibbi Mərkəz: Cənubi Qafqazın ən böyük xəstəxanası Azərbaycan səhiyyəsini avanqard kimi dünyada təmsil etməyə layiqdir

Məlum olduğu kimi, arxada qalan 2013-cü il də ölkə səhiyyəsi üçün uğurlu olmuşdur. Prezident İlham Əliyev Azərbaycan səhiyyəsinin maddi-texniki bazasının gücləndirilməsinə böyük diqqət göstərir, bunun nəticəsində ölkəmizdə yüksək texnologiyalarla təchiz olunan tibb mərkəzlərinin yaradılması geniş vüsət alıb. Azərbaycan dövlətinin səhiyyə sahəsində fəaliyyətini beynəlxalq qurumlar da yüksək qiymətləndirir, bunu digər dövlətlərə nümunə göstərirlər.
Azərbaycanda səhiyyəyə, tibb işçilərinə göstərilən yüksək səviyyəli qayğı və diqqətdən Cənubi Qafqazın ən böyük xəstəxanası olan Kliniki Tibbi Mərkəz və bu müəssisənin kollektiv idə faydalanıb. «Tərəqqi» medallı təcrübəli səhiyyə işçisi Tərlan Bəbirovun rəhbərliyi altında KTM-nin tibbi personalı bu qayğılı və sayğılı münasibətə layiq olduğunu əməli işləri ilə sübuta yetirir, vətəndaşlara göstərdikləri tibbi xidmətin səviyyəsinin daim yüksəlməsi üçün əllərindən gələni əsirgəmirlər.
Ümummilli lider Heydər Əliyevin yaratmış olduğu Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən olan Tərlan Bəbirovun sözlərinə görə, ulu öndərimizin səhiyyə strategiyası dövlətimizin başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi qayğı sayəsində uğurla davam və inkişaf etdirilir. Baş həkim Azərbaycan Prezidenti İlham Əliyevin səhiyyə ocaqlarının açılışında şəxsən iştirakının artıq ənənəyə çevrildiyini xüsusi vurğulayır. Təkcə keçən il Azərbaycanda 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Onların 56-sı artıq istifadəyə verilib. Bundan əlavə, yeni ilin ilk günlərində möhtəşəm çoxprofilli klinikanın ən müasir səviyyədə inşa və təchiz edilmiş Bakı Sağlamlıq Mərkəzinin də dövlət başçısının iştirakı ilə açılışı oldu. Dövlət başçısı iştirak etdiyi tədbirlərdə tibb işçiləri ilə görüşüb, onların zəhmətini yüksək qiymətləndirib. Vaxtilə Kliniki Tibbi Mərkəz kollektiv idə səhiyyəmizin böyük qayğıkeşi olan möhtərəm Prezidentimizlə ünsiyyətdən məmnun olmuşlar».
Yeri gəlmişkən qeyd edək ki, 2009-cu ilin mayında artıq yeni təmirdən çıxmış bu müəssisənin baş həkimi vəzifəsinə təyin olunan Tərlan Bəbirovun rəhbərliyi altında Mərkəzin infrastrukturunun təkmilləşdirilməsi işləri uğurla davam etdirilmişdir.
Kliniki Tibbi Mərkəzdə tibbi görüntüləri internet üzərindən izləmək imkanı yaradılıb. Tədris korpusunda əməliyyat prosesini birbaşa izləmək məqsədilə tədris otaqları və Cərrahiyyə Korpusunun əməliyyat zalları arasında genişzolaqlı kompyuter şəbəkəsi yaradılıb, tədris ocaqlarında böyük ekran və əməliyyat zallarında xüsusi kameralar quraşdırılıb. KTM-də informasiya texnologiyaları infrastrukturunun qurulması işlərinə hələ 2008-ci ildə təmir-tikinti işləri zamanı başlanılıb. Burada miqyas etibarilə ən böyük kompyuter şəbəkəsi sistemi qurulub. Mərkəzin korpusları fiberoptik kabel vasitəsilə əlaqələndirilib, hər korpusda idarəolunan çoxportlu kommutatorlar quraşdırılıb. Quraşdırılmış şəbəkə sistemi bir domen altında 160 kompyuteri əhatə edir. radioloji avadanlıqların sistemlə inteqrasiyası məqsədilə «Picture Archiving and Communications Sistem» (PACS) altsistemi və müvafiq səsvermə təchiz olunmuşdur.
Kliniki Tibbi Mərkəzin nüfuzunun qorunmasında, artmasında müstəsna xidmətləri olan kollektiv üzvlərindən baş həkimin cərrahiyyə işləri üzrə müavini doktor Adil Salahov bizimlə görüşündə dövlət qayğısından bəhrələnən ölkə səhiyyəsinin ən mühüm nailiyyətlərindən biri kimi kadr potensialının inkişafını qeyd etdi: «Doğrudan da son illərdə bu sahədə ciddi islahatlar aparılıb. Tibb təhsilinin baza təhsilinə və rezidenturaya bölünməsi, həkimlərin sertifikasiyası, mərkəzləşmiş imtahan yolu ilə işə qəbul bütün bunlar islahatların tərkib hissələridir». Keçən il artıq rezidenturanın ilk buraxılışı olub. Bu gün tibb mütəxəssislərinin səhiyyə sahəsində yeni texnologiyalar, diaqnostika və müalicə üsulları barədə biliklərini artırması üçün hər cür şərait var. Kliniki Tibbi Mərkəz gələcəyin həkimlərinin hazırlanması müstəvisində də baza kimi xidmət edir».
Heç şübhə yoxdur ki, tibb sahəsinə dövlət qayğısından bəhrələnən Kliniki Tibbi Mərkəz nailiyyətlərini daha da artıracaq və Azərbaycan səhiyyəsini dünya səviyyəsində avanqard kimi təmsil etməyə layiq olduğunu bir daha sübuta yetirəcəkdir.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024