Sağlamlıq (26-06-2015, 14:04)
Azərbaycan Tibb Universiteti Tədris Cərahiyyə Klinikası ilə Istanbul Bilim Universitesinin əməkdaşlığı
Azərbaycan Tibb Universiteti Tədris Cərahiyyə Klinikası ilə Istanbul
Bilim Universitesinin və “Florence Nightingale” Xəstəxanalar Grupunun
elmi əməkdaşliği səhiyyəmizin inkişafina növbəti xidmətlərini
göstərməkdədir.
12-14 İyun 2015 tarixində Azərbaycan Tibb Universiteti, İstanbul Bilim
Universiteti və "Florance Nightingale" xəstəxanalar qrupu təşkilatçılığı
ilə İstanbulda II Akademik İş birliyi konfransı keçirildi.
Konfransın başlanğıcında İstanbul Bilim Universitetinin rektoru Prof.
Dr. Çavlan Çiftçi və ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi,
t.ü.f.d. dos. Dr. Asiman Həsənov açılış nitqi edərək, Türkiyyə
Azərbaycan münasibətlərindən, bunun səhiyyə sahəsində rolundan,
Türkiyənin tibb sahəsində əldə etdiyi yeni nəaliyyətlərinin Azərbaycan
tibbinə olan dəstəkləyici təsiri və əldə olunan uğurlardan söhbət
açdılar. Və bunun ardınca isə birgə əməkdaşlıqları münasibəti ilə baş
həkim Dos. Dr. Asiman Həsənov xalqımızın milli və mənəvi dəyərlərini
təsvir edən xatirə hədiyyəsini Prof. Dr. Çavlan Çiftçiyə təqdim etdi.
Həmçinin Prof. Dr. Çavlan Çiftçi də Universitet -Xəstəxanası olaraq ATU
ilə birgə əməkdaşlıqlarına görə böyük məmnunluq hissi duyduğunu
vurğulayaraq, Plaket hədiyyə etdi.
Tədbirdə həmçinin ATU TCK-nın nümayəndə heyyətlərindən – AMEA-nın müxbir
üzvi, prof. Dr.Nuru Bayramov, Uzman kardio-cərrah Mirəli Məcidov,
Dr. Cavid Paşayev, Şüa-diaqnostika şöbəsinin müdiri Dr. Rasim Bayramov,
Ass.Dr. Ruslan Məmmədov, Dos. Dr. Sədrəddin Atakişizadə, t.ü.f.d.
Dr.Qalib İmanov, Ass. Dr.İmran Səfiyev, Dr. Eldəniz Əliyev, eləcə də
Türkiyənin tanınmış cərrahları, beynəlxalq mütəxəssislər iştirak
edirdilər.
Konfransda müasir cərrahiyyənin müxtəlif istiqamətlərindən
-Neyrocərrahiyyədə mikrocərrahiyyə, Serebral-vaskulyar patologiyalar,
Genetik xəstəliklərə aktual yanaşma üsullari, hüceyrə və toxuma
transplantasiyası, kök hüceyrələrinin köçürülməsi, orqan
transplantasiyası, ürək transplantasiyası, bu sahələrdə qazanılan
uğurlardan, praktikada üzləşdikləri hallar haqqında və bir sıra digər
mövzular üzrə çıxışlar olmuşdur. Sonra konfrans iştirakçıları həmin
mövzular ətrafında müzakirələr aparmışlar. Həmçinin birinci günün
sonunda konfrans iştirakçıları "Florance Nightingale" xəstəxanalar
qrupuna da ziyarət etdilər.
Sonda ATU TCK-nın baş həkimi, dos. Dr. Asiman Həsənov çıxış edərək,
Türkiyyə Azərbaycan münasibətlərinin birliyindən bir daha vurğulayaraq
bildirdi ki, əl-ələ verib birgə gördükləri uğurlu iş birliyi bütün türk
dünyasında, həmçinin tibb sahəsində də öz müsbət əksini göstərir və
göstərəcəkdir. Bu birliyin getdikcə daha da genişləndiriləcəyini, o
cümlədən müştərək elmi layihələrin hazırlanması və həyata keçirilməsi,
Beynəlxalq elmi-praktik konfransların, simpoziumlar və seminarların
təşkili, tələbə, rezident və magistr mübadiləsi, müəllimlərin təcrübə
mübadiləsinin həyata keçirilməsi kimi işlərin daha da
aktivləşdiriləcəyini qeyd etdi. Konfransın sonunda xatirə rəsmləri
çəkildi.