Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-09-2015, 18:11)
Zəlzələdən əziyyət çəkən ailələrə yeni evlər tikiləcək

Zəlzələdən əziyyət çəkən ailələrə yeni evlər tikiləcək

4 sentyabrda Şəkidə baş vermiş zəlzələ bir sıra dağıntılara səbəb olmuşdu. Təbii fəlakət nəticəsində rayonun bir neçə kəndində dağıntılar qeydə alınıb. Ən çox zərər çəkən ərazi isə rayonun Qaratorpaq kəndidir. Evləri dağılmış ailələr var. Hazırda həmin ailələr müvəqqəti olaraq çadırlarda yaşayırlar və yenidən mənzilə köçəcəkləri günü səbrsizliklə gözləyirlər.

Mediatv.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şəkinin Qaratorpaq kəndində Şəldiyevlər ailəsi bir neçə gündür ki, çadırda gecələyir.

Sentyabrın 4-də qeydə alınan zəlzələdən sonra kənddə eyni aqibətlə üz-üzə qalan ailələr çoxdur. Ümumilikdə qaratorpaq kəndində 100-ə yaxın evə ziyan dəyib. Kənd bələdiyyəsinin sözlərinə görə, həmin evlərdən iyirmisində ailələrin qalması tamamilə mümkünsüzdür. Həmin ailələrdən 13-ünə müvəqqəti sığınacaq kimi çadırlar paylanılıb.

Əlbəttə ki, çətinliklər də yox deyil. Çadırlara müvəqqəti olaraq elektrik enerjisi çəkilsə də, mavi yanacaqdan istifadə etmək hələlik mümkün deyil.
Çadır həyatının ilk təsirləri isə Şəldiyevlər ailəsində artıq özünü biruzə verib.Hazırda FHN tərəfindən yaradılan xüsusi komissiya öz işini davam etdirir.

Şəki Şəhər İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin rəhbəri Taleh Alxasov və Qaratorpaq kənd bələdiyyəsinin sədri Mehman Rəcəbovun sözlərinə görə, zəlzələ nəticəsində evləri dağılmış sakinlər üçün yeni evlərin tikintisi nəzərdə tutulur.

Ümid edirik ki, həmin gün uzaqda deyil.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024