Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (4-11-2014, 23:27)
Bəzi bölgələrdə heyvan bazarları hələ də bağlıdır

 

Yolçu Xanvəli: «Nodulyar dermatit virusu ilə əlaqədar bəzi bazarlarda iribuynuzlu heyvanların satışına icazə verilmir»

Bu ilin yay aylarından etibarən Azərbaycanın ayrı-ayrı bölgələrində yerləşən heyvan bazarlarında iribuynuzlu heyvanların satışına qadağa qoyulub. Bir neçə aydır ki, sözügedən bazarlarda mal-qaranın satışı bərpa edilməyib. Üstəlik, yerli baytarlıq idarələrinin rəhbərliyi iribuynuzlu heyvanların satışını müvəqqəti qadağan ediblər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli «Həftə içi»nə bildirir ki, iribuynuzlu heyvanlar arasında yayılan nodulyar dermatit virusuna qarşı qabaqlayıcı tədbirlər daqvam edir. Onun dediyinə görə indiyədək 35 rayon üzrə 5148 baş heyvanda xəstəliyin kliniki əlamətləri müşahidə olunub. Həyata keçirilən intensiv tədbirlər nəticəsində 4587 baş heyvan tam sağalıb, 15 rayonda xəstəlik ləğv edilib: «Hazırda 561 baş heyvanın müalicəsi davam etdirilir. Aparılan dezinfeksiya, dezinseksiya və simptomatik müalicə tədbirləri öz səmərəsini verməkdədir. Artıq xəstəliyin dinamikasında kəskin enmələr müşahidə edilir. Bu virus baş qaldıran gündən DBNX gücləndirilmiş iş rejimində fəaliyyət göstərib, əməkdaşlarımız bölgələrdə monitorinq keçirir, müvafiq dəqiqləşmələr aparırlar. Hazırda xəstəliyə qarşı mübarizədə bütün imkanlardan istifadə edilir. Nazirin tapşırığına əsasən, xəstəlik qeydə alınan bütün rayonlara kifayət qədər dərman preparatları göndərilib».

Heyvan bazarlarında iribuynuzlu heyvanların satışına qoyulan qadağalardan danışan Yolçu Xanvəli vurğulayır ki, profilaktiki tədbirlərin həyata keçirilməsinə baxmayaraq, bəzi bölgələrdə xəstəliyinin kökünü tam kəsmək mümkün olmayıb. Xüsusilə də Saatlı-Sabirabad zonasında, ölkənin Cənub bölgəsində təhlükə hələ də var: «Biz bu istiqamətdə ciddi tədbirlər görməkdə davam edirik. Həmin tədbirlərin icrasına tam nəzarət yüksək səviyyədə aparılır. Bunun nəticəsidir ki, xəstəliyə yoluxan heyvanlara baxışın keçirilməsi, dezinfeksiya və dezinseksiya işlərinə nəzarətin aparılması, xəstə heyvanlarda simpomatik müalicə tədbirləri öz effektini verməkdədir. Artıq xəstəliyin dinamikasında kəskin azalmalar müşahidə edilir. Lakin übütün bunlara baxmayaraq, DBNX-nin əməkdaşları xəstəlik qeydə alınan bölgələrdə monitorinqlərini davam etdirir və xəstə heyvanların sağalması ilə əlaqədar dəqiqləşmələr aparırlar. Ona görə də Saatlı-Sabirabad bölgəsində, Cənub zonasında mal-qaranın satışına qadağa qoyulub. Ancaq bu qadağa digər məkanlardakı heyvan bazarlarına şamil edilməyib. Məsələn, Bərdə, İmişli, Ağdaş və Cəlilabad rayonlarındakı heyvan bazarlarında mal-qaranın satışı artıq yüksək səviyyədə, keyfiyyətə, yəni onların nodulyar dermatit virusu xəstəliyinə yoluxmadığı barədə tam təminat verməklə həyata keçirilir».

Qeyd edək ki, Şəki rayonundakı heyvan bazarının fəaliyyəti 3 aydır ki, dayandırılıb. Rayonun baş baytarı Əlövsət Mustafayev deyib ki, bu ilin yay aylarında respublikamızın Aran rayonlarında qeydə alınan virus mənşəli dəri xəstəliyi Şəkinin bir neçə kəndində də qeydə alınıb: «Xəstəlik qeydə alınandan sonra dərhal rayona xüsusi dərman preparatları gondərilib. Görülən tədbirlər nəticəsində xəstəliyin rayonda geniş yayılmasının qarşısı alınıb. Hazırda da bu istiqamətdə tədbirlər davam etdirilir. Ona görə də Şəkidə üç aya yaxın bağlı qalan heyvan bazarının açılmasına baxmayaraq, orda iri buynuzlu mal-qaranın satışına qoyulan qadağa ümumi profilaktik tədbirdir və xəstəliklə mübarizə tam bəhrəsini verdikdən sonra həmin bazarda iribuynuzlu heyvanların satışına da icazə veriləcək».

шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024