Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (3-07-2015, 21:56)
Şəhid ailələri mənzil növbəsini gözləyir

Paytaxtın Nərimanov rayon ərazisində kirayə mənzillərdə yaşayan ailələrin sayı daha çoxdur

Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ailələrinə və Qarabağ əlillərinə qayğı dövlətin xüsusi nəzarətindədir. Belə ki, əhalinin bu təbəqəsi dövlət səviyyəsində hərtərəfli qayğı ilə əhatə olunur, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür. Təəssüf ki, ölkənin müxtəlif şəhər və rayonlarında bu diqqətdən kənarda qalan ailələr də az deyil. Paytaxtın Nərimanov rayon ərazisində belə ailələrin sayı daha çoxdur.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailəsi İctimai Birliyinin Nərimanov Şöbəsinin sədri, şəhid atası İrşad Yusibov “Həftə içi”nə bildirir ki, şöbədə 196 nəfər şəhid ailəsi, 188 nəfər Qarabağ əlili və 102 nəfər Qarabağ müharibəsi veteranı qeydiyyatdadır. Onun sözlərinə görə, 130 Qarabağ müharibəsi əlili, 92 şəhid ailəsi 1993-cü ildən mənzil növbəsindədir: “Hazırda evsiz yaşayan 8 şəhid ailəsinin övladları atası şəhid olduğu torpaqda əlində silah vətəni qoruyur. Nailə Musayeva, Sevil Məmmədova, Bahar Məmmədova – bunların hər üçü şəhid ailəsidir, hər üç şəhidin övladları hazırda hərbi xidmətdədir. Təəssüflər olsun ki, bu ailələrin yaşamağa evi yoxdur, onlar orada-burada kirayə mənzillərdə yaşayırlar. Şəhid ailəsi Dilarə Əliyeva acınacaqlı durumda yaşayır. Şəhid ailələrinin və Qarabağ əlillərinin mənzil problemləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə hər həftə yazılı şəkildə əlaqə saxlayırıq. Şəhid ailələri nazirin qəbuluna gedirlər, amma onlar hər dəfə nazirin qəbuluna düşə bilmirlər. Ona görə də onların mənzillə təmin olunması məsələsi hələ də problem olaraq qalıb. Axı 23 il növbə gözləməyə ömür çatmır”. 
Şəhid atası bu problemin həll edilməməsinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini günahlandırır. Onun sözlərinə görə, nazirliyin qəbul şöbəsi əlil və şəhid ailələrinin mənzil problemini həll etmək əvəzinə, yalan vəd verməklə məşğuldur: “20 ildən çoxdur ki, 200-300 nəfərdən çox əlil və şəhid ailəsi kirayələrdə yaşayır, aldıqları təqaüd heç kirayə haqqını ödəmir. Bir şəhid ailəsi kimi çox cəhd etdim ki, nazirlə görüşüm. Amma görüşə bilmədim. Mənzil məsələsi ilə əlaqədar dəfələrlə Milli Məclisə və Prezident Aparatına müraciətlər etmişik. Bu məsələnin həlli üçün bütün müraciətlərin cavabı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlandırılsa da, hələlik müsbət bir nəticə yoxdur. Ancaq nazirlikdən ümumi bir cavab gəlir ki, növbəniz çatanda sizə mənzil veriləcək”.
Şəhid atası şəhid ailələrinə və Qarabağ əlillərinə verilən müavinətin fərqli məbləğlərdə olmasını da düzgün saymır. Onun sözlərinə görə, hazırda 20 Yanvar şəhidlərinin ailələrinə ayda 300 manat prezident təqaüdü verildiyi halda, Qarabağ müharibəsi şəhidlərinin ailəsinə 200 manat verilir.
Yeri gəlmişkən, vaxtilə rəhbərlik etdiyi şöbənin bankda hesab nömrəsi olub. Lakin 10 ildən çoxdur ki, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailəsi İctimai Birliyinin Nərimanov Şöbəsinin bank hesabı bağlanıb. İrşad Yusibov deyir ki, müvafiq qurumlar tərəfindən köməklik olmadığından, təşkilatın bank hesabına vəsait köçürülmədiyindən, bank əməliyyatları olmadığından hesab ləğv olunub. Onun sözlərinə görə, hazırda heç bir təşkilat tərəfindən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailəsi İctimai Birliyin maddi köməklik göstərilmir: “Yalnız Qurban bayramında Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən bütün şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 2 kiloqram qurban əti paylanılır”.
Həmsöhbətimiz Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailəsi İctimai Birliyinin Nərimanov rayon şöbəsinin inzibatı binasının təmirsiz vəziyyətdə olmasından da şikayətlənir. Onun sözlərinə görə, binanın dam örtüyü köhnə olduğundan hər dəfə yağış yağanda su içəri dolur: “Binanın dam örtüyünün təmir olunması xahişi ilə 8 ildir Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edirik. Hər dəfə söyləyirlər ki, binanın təmiri diqqət mərkəzindədir, tezliklə təmir ediləcək. Biz də gözləmək məcburiyyətindəyik. Amma bu vədlər 8 ildir doğrulmur”.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024