Təhsil (26-03-2025, 18:25)
"Müdirlə kəllə-kəlləyə qoyma" göstərişi verən Qürbətəli Zeynalovun ŞOK ƏMƏLLƏRİ: Lənkərandakı 12 saylı bağçada nələr baş verir?

Bu sözlər 33 ildir Lənkəran şəhər 12 saylı uşaq bağçasında tərbiyəçi işləyən Cəfərova Nahidə Kamal qızı tərəfindən Fakt.info Xəbər Portalına daxil olan şikayət məktubunda qeyd olunub.
Şikayətçi yazır ki, tərbiyəçi olmaqla yanaşı Bağça Həmkarlar İttifaqının sədriyəm.
"11 aydır - 09.04.2024 - cü il tarixində bağçamıza müdir təyin olunan İsayeva Zəminə Bəyhüseyn qızı 4-5 bağçada konfiliktlər, problemlər yaşaması ilə əlaqədar iş yeri dəyişilə-dəyişilə bizim bağçaya təyin olunmuşdur.
Təyin olunan gündən təhsil sistemi mənim arxamdadır, "mən bu bağçadan təqaüdə gedəcəyəm. Mənə heç kim heç nə edə bilməz" - deyərək işçiləri özünə tabe edib, imzalarını topladaraq akt-protokol toplayır. Əvvəlki aylarda etdiyi "qara" əməllərə sübutum var.
Aylar ötə-ötə stolunu bərkidib deyə "qara" əməllərinin sayı artmaqdadır. Belə ki, bağçanın 0,5 ştat, 23 il iş stajlı xadiməsinin vedrə-süpürgəsinə təpik vururdu, təhqir edirdi, sıxışdırırdı.
28.02.25 tarixində eyni sıxışdırma ilə mənə təqdimat verərək xadimə-dayə üçün həmkar iclası keçirərək onu işdən çıxarılmasına protokol yazmağım üçün təzyiq göstərdi. Vəziyyətlə bağlı köməklik üçün Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Lənkəran RHK-nın sədri Qürbətəli Zeynalova vatsap üzərindən məlumat verdim. Qürbətəli müəllim mənə müdir Zəminə İsayevanın əmrinə əməl etməyimi bildirdi. Ətraflı izah etmək istəyəndə "müdirlə kəllə-kəlləyə qoyma" göstərişi ilə söhbəti bağladı. 03.03.25 ci il tarixində Bazar ertəsi işə gələrkən isə Zəminə İsayeva tərəfindən növbəti hədəfi olan bağçanın metodisti üçün işdən azad olunma protokolu yazmağımı tələb etdi. Hesabla iki gün ərzində iki nəfərin çörəyinə bais olmaq.
Məcbur olub Azad Həmkarlar İttifaqı Konfedrasiyası sədri Araz Paşayevə poçt və gemail vasitəsiylə düşdüyümüz vəziyyəti yazıb göndərdim.
Qürbətəli müəllimin bu günki hərəkəti bir daha təsdiq etdi ki, o, bağçanın müdiri ilə əlbirdir. Mən Z.İsayevanın "qara" əməllərinə son verilməsini xahiş etdiyimdə demə ki, "qara" əməlin kökü Qürbətəli müəllimdən qaynaqlanırmış.Bu gün - 07.03.25 də saat 12:00 radələrində bağçaya gələrək kollektivə əmr edib ki, yazın "bağça həmkarlar təşkilatının sədri Nahidə Cəfərova müdirdən uşaqlara vermək üçün meyvə şirəsi tələb edir", imzalayın, Nahidə Cəfərovanı həmkarlar təşkilatı sədrliyindən azad edim. Gedirəm, bazar ertəsi izahatları aparmağa gələcəyəm, deyib.
Sayt olaraq sizdən çox xahiş edirəm mənim haqqa çağrış edən səsimi ictimailəşdirin. Haqqsız haqqa haqqsızlıq edib vəzifəmdən uzaqlaşdırmasın.
07.03.25
İmza: Nahidə Cəfərova,
Lənkəran şəhər 12 saylı körpələr evi - uşaq bağçasının həmkarlar ittifaqı sədri."Fakt.info xəbərdə adı keçən hər kəsin söz haqqını tanıyır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
28 03 2025
28 03 2025
28 03 2025
28 03 2025
28 03 2025
28 03 2025
28 03 2025
Yasamalda zibil qutularının yerində obyekt tikilir –İcra hakimiyyəti isə qanunsuz tikintini “görmür”