Sosial / Slayd (13-12-2020, 22:01)
26 saylı BŞX-da tibbi qaydalara niyə əməl olunmur?-FOTOLAR

Bildiyiniz kimi, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejimi elan olunub.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək,maskalardan istifadə etmək və dizenfeksiyaedici məhlullardan istifadə etmək kimi tövsiyə xarakterli tədbirlər həyata keçrilir. Virusun yayılmasının qarşısının alınması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşdan eləcə də dövlət orqanlarından COVİD-19 pandemimiyası zamanı davranış qaydalarına əməl etməsi vacib məsələlrdəndir. Xəstə və ya sağlam olmasından asılı olmayaraq, hər kəsin özünü və ətrafındakıları qoruması üçün qapalı məkanlarda, insanların çox olduğu yerlərdə maska taxması, sosial məsafə saxlaması, gigiyena qaydalarına ciddi riayət etməsi vacibdir.Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və cəmiyyətin digər üzvlərini qorumaq üçün qəbul olunmuş sanitar-gigiyenik qayda və tələblərə qeyd-şərtsiz riayət etməli, başqalarını da belə davranışa dəvət etməlidir.
Çox təəssüflər olsun ki, koronavirus xəstəliyi ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində elan edilən qaydaların pozulması hallarına hələ də rast gəlinməkdədir.Belə ki, COVİD-19 pandemimiyası ilə mübarizə zamanı vətəndaşlarla davranış qaydalarının dövlət orqanları tərəfindən pozulması hallarına rast gəlinməsi qəbul edilməz haldır.Belə əməl özü-özlüyündə yumşaq sözlə desək acı təəsüf doğurur.Mediatv.az xəbər verir ki, məlum qaydalara riayər etməyənlərdən biri də 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsidir.Bu səhiyyə ocağı insanların sağlamlığının keçiyində durmalı və COVİD-19 infrksiyası ilə mübarizədə vətəndaşlara nümunə olmalı olduğu halda,burada adi elementar qaydalara əməl olunmur.Belə ki poliklinikanın birinci mərtəbəsində dizenfeksiya edici məhlul qoyulmayıb.Poliklinikaya daxil olan heç bir vətəndaşın tempraturu ölçülmir.İstənilən maskasız və ya koronovirusa yoluxmuş vətəndaş xəsdəxananın poliklinika şöbəsinə maneəsiz daxil ola bilər.Sadaladığımız faktlara nəzarət etmək üçün poliklinikanın girişində heç bir tibb işçisinə rast gəlinmir.Poliklinikaya maskadan istifadə etməyən adamların daxil olması, sadəcə öz səhhətlərinə etinasız yanaşması yox, həm də ətrafdakı insanların sağlamlığını riskə atmasıdır.






Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
6 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025
5 09 2025