Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (16-04-2020, 10:40)
Füzuli RİH-nin başçısı Alı Alıyev rayonun nəzarət postlarında xidmət aparan polislərlə görüşdü


 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri  koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejiminin təmin olunması məqsədilə rayon ərazisində qurulan polis nəzarət postlarında olub, burada xidmət aparan polis əməkdaşları ilə görüşüb, onların xidməti ilə maraqlanıb. Rayon İcra Hakimiyyətinin başçısına məlumat verilib ki, koronovirus epidemiyasının qarşısının alınması, insanların sağlamlığının qorunması  məqsədilə Füzuli rayon poliş şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, rayon ərazisində insanların hərəkətinin tənzimlənməsi məqsədilə nəzarət postları təşkil edilib. Polis əməkdaşları həmçinin rayonun bütün yaşayış məntəqələrində insanlar arasında maarifləndirmə-xəbərdarlıq işləri aparır, vətəndaşlardan xüsusi karantin rejiminin qaydalarına əməl etmələrini, zərurət olmadıqda evdən çıxmamaları, yalnız təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantıları atıldıqda evdən çıxmalarını, ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmələrini, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmələrini tövsiyə edirlər.
Alı Alıyev gecə-gündüz yorulmadan xidmət aparan polis əməkdaşlarına öz təşəkkürünü bildirib.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri nəzarət postlarında xidmət aparan polis əməkdaşlarına ərzaq bağlamaları veriblər.
  шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
10 05 2024
10 05 2024
10 05 2024