Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Bu gün, 19:32)
Azərbaycan Rusiyadan dörd addım gözləyir... -ŞƏRH

 

Ekspert: Artıq əvvəlki münasibətlərin bərpa olunmayacağı aydındır

Yenixeber.org: Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev EU Today nəşrinə müsahibə verib. O, digər məsələlərlə yanaşı, ötən il Azərbaycanın mülki təyyarəsinin vurulması ilə bağlı insidentdən sonra Rusiya ilə münasibətləri də şərh edib. Hacıyev etiraf edib ki, hadisədən dərhal sonra “müəyyən anlaşılmazlıq” və “emosiyalar” yaranıb. Eyni zamanda, Bakının narahatlıqlarının oktyabr ayında Düşənbədə keçirilən görüşdə müzakirə olunduğunu da qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Moskvadan dörd addım gözləyir: rəsmi üzrxahlıq, tam və hərtərəfli təhqiqat, günahkarların ədalətli şəkildə cəzalandırılması və kompensasiya. “Bu məsələlər həll olunan kimi, – o bildirib, – biz anlaşılmazlıq səhifəsini çeviririk və iki ölkə arasında normal mehriban qonşuluq münasibətlərini davam etdiririk”.

Bəli, Putin həqiqətən də Düşənbədə Əliyevə bu şərtlərin hamısına guya razı olduğunu demişdi. Lakin həmin görüşdən demək olar iki ay keçməsinə baxmayaraq, hələ də heç bir addım atılmayıb. Bunu necə başa düşmək olar? Bəlkə Putin hələ də ümid edir ki, hər şeyi olduğu kimi saxlaya biləcək – nə tam üzr istəyəcək, nə günahkarları cəzalandıracaq, nə də kompensasiya ödəyəcək? Və eyni zamanda Azərbaycan rəhbərliyinin bunda təkid etməyə cürət etməyəcəyini düşünür? Qonşu ölkələr arasında belə qeyri-müəyyənlik daha nə qədər davam edə bilər?

Bu arada E1.ru portalı xəbər verir ki, Uraldakı Azərbaycan diasporunun yeni rəhbəri Vidadi Mustafayev dələduzluq ittihamı ilə saxlanılıb. O, “Encore” fitnes-klubuna gedən zaman “İset” qülləsinin girişində tutulub. Əməliyyatı xüsusi təyinatlı qüvvələrin əməkdaşları həyata keçirib. İlkin məlumata görə, o, torpaq sahəsinin satışında dələduzluqda şübhəli bilinir. Aydındır ki, Rusiyada bu kimi olayların davam etməsi iki ölkə arasında münasibətlərin normallaşmasına kömək etmir.

Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov Pressklub.az-a açıqlamasında bildirib ki, ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) qaydalarına görə, aviasiya qəzası ilə bağlı yekun hesabat bir il ərzində dərc edilməlidir. Lakin Qazaxıstan tərəfi artıq siqnal verir ki, onlar dekabrın sonunadək yekun sənədi komissiyadan keçirməyə yetişə bilməyəcəklər və proses bir qədər uzanacaq.

Düşünürəm ki, buna ən çox Rusiya Federasiyasının mövqeyi təsir edir. Azərbaycan konkret addımlar gözləyir. Və əslində, Hikmət Hacıyev də bunu dedi – Azərbaycan addımlar gözləyir. Məncə, nəzərdə tutulan tarix yaxınlaşdıqca və ya ondan sonra Rusiya tərəfi bu istiqamətdə müəyyən addımlar atacaq.

Amma ölkələr arasındakı münasibətləri əvvəlki vəziyyətinə qaytarmaq artıq mümkün deyil. Və mən belə başa düşürəm ki, ola bilsin, Rusiya tərəfinin Azərbaycandan hansısa həddən artıq böyük gözləntiləri var. Lakin son iki ayın prosesləri göstərir ki, münasibətlərdə həqiqətən də “yeni normalar” formalaşır və əlaqələri əvvəlki formatda bərpa etmək demək olar, mümkünsüzdür.

Azərbaycanın Rusiyanın atacağı, yaxud atmayacağı addımlara reaksiyası MDB-nin adətən dekabrın sonunda keçirilən qeyri-rəsmi sammitində ölkəmizin iştirak forması olacaq”, – Məmmədov hesab edir.

Rauf Orucov

шаблоны для dle 11.2

Xəbər lenti
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025