Mədəniyyyət (Bu gün, 15:30)
Koha Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi ilə bağlı treninq məqsədilə Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunub

Mediatv.az zəbər verir ki, Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalarda tətbiq edilən Koha Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi ilə bağlı treninq məqsədilə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Texniki Xidmətlər şöbəsinin müdir vəkili İsmail Karaca, şöbənin əməkdaşı Ferhat Öztürk və Proqram təminatı və tətbiqinin inkişafı şöbəsinin İT mütəxəssisi Muhittin Enes Kale Azərbaycan Milli Kitabxanasına dəvət olunub.
4 dekabr tarixində treninqi Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb, bildirib ki, Koha Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminin kitabxanalarda tətbiqi artıq üç ildir ki, həyata keçirilir və üstün cəhətləri ilə kitabxanalara əlaqəli şəkildə işləmək imkanı yaradır. O, qeyd edib ki, yeni sistemə keçidlə əlaqədar hər zaman problemlər yarana bilir və Türkiyədən dəvət edilən mütəxəssislərlə təcrübi xarakter daşıyacaq treninqlərdə də məqsəd məhz qarşıya çıxan problemlərin birgə həllidir. O, 10 gün davam edəcək treninqlərdə iştirak edən əməkdaşları mütəxəssislərin təcrübələrindən yararlanmağa dəvət edib.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə sistemin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kütləvi kitabxanalarda tətbiqindən, sistemdə iş proseslərinin inkişafından və mövcud problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, treninqlərdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov, Xətai, Səbail, Yasamal, Qaradağ, Binəqədi, Xəzər, Nəsimi, Suraxanı, Nizami, Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri, M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasından əməkdaşlar iştirak ediblər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025






















