Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (8-12-2020, 15:28)
Səhiyyə sistemi bu saydan artığının öhdəsindən gələ bilmir

 Koronavirusun Azərbaycanda yayılmasının 1 ilinə yaxınlaşırıq.
"Mediatv.az" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Biz ilk yoluxma dalğalarında xeyli çətinliklərlə üzləşdik və bir çox addımlar atıldı. Əgər iyul-avqust ayında qapanmaya getdiyimiz zaman yoluxmalar 500 civarında idisə, bu gün 5 000-ə yaxındır. Lakin səhiyyə sistemi bu saydan artığının öhdəsindən gələ bilmir. Tibb sisteminin bu vəziyyətin qarşısında dura bilməməsini hamımız hiss edirik. Sosial şəbəkələrdə də bu narazılıqların olmasının şahidiyik. Vəziyyəti hamımız dərk etməliyik. Necə ki Vətən müharibəsi zamanı birləşmişdik, indi də eyni birliyi göstərməliyik".
O qeyd edib ki, bu sərtləşdirmələr yoluxma sayı aşağı düşənədək davam edəcək:
"Dünyada peyvənlə bağlı prosesləri izləyirik, danışıqlar aparırıq. Hər birimiz uşaqlıqdan peyvənd olunmuşuq və peyvənd təhlükəsizdir. Ənənəvi peyvəndlərin hazırlanmasına kifayət qədər böyük vaxt lazımdır. Məhz buna görə də COVID-19-a qarşı peyvəndin hazırlanması uzun vaxt alır. Bu müddət ərzində bir çox peyvəndlərin üzərinə iş getdi. Lakin yeni yanaşmalarda böyük təcrübə olmadı. Ümid edirik ki, təsdiqlənmiş və ən təhlükəsiz vaksindən Azərbaycana gətirəcəyik. Hazırda iki ölkədə - Böyük Britaniya və Türkiyədə vaksinasiya başlanılıb. Türkiyədə vaksinasiyasına başlanılan Çin peyvəndi ən təhlükəsiz peyvəndlərdəndir. Qısa müddətdə peyvənd haqqında məlumat veriləcəkdir".шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 12 2025
5 12 2025
5 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025