Sosial (2-12-2020, 14:50)
Yaxın zamanda kütləvi COVID vaksinasiyası başlayacaq
Bir ilə yaxındır ki, pandemiya dünyanı, o cümlədən bizi narahat edir. Pandemiya başladığı dövrdən indiyədək dövlət səviyyəsində ən yüksək, ən effektli tədbirlər görülür."Mediatv.az" xəbər verir ki, bunu Tibb Universitetinin professoru Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Bu dövrdə model tipli xəstəxanaların açılması, ölkəyə dərman preparatlarının gətirilməsi, xarici mütəxəssislərin cəlb olunması COVID-19 virusu əleyhinə aparılan tədbirlərin bir hissəsidir. Dünyada yoluxma sayları 60 milyonu keçib, ölüm halları 1 milyonu ötüb. Dünya ölkələri çox sərt tədbirlər həyata keçirsə də, virus yayılmaqda davam edir. Hazırkı vəziyyətdə qorunma tədbirlərindən başqa çarəmiz yoxdur".
Akif Qurbanov bildirib ki, virusla mübarizədə ilk növbədə qorunma tədbirlərinə düzgün şəkildə əlavə etmək lazımdır: "Maska tənəffüs yollarını bağlamalıdır, əks halda istifadəsinin mənası qalmır. Sosial məsafə və əllərin düzgün yuyulması və dezinfeksiya virusla mühüm tədbirlərdəndir.
Bu gün virusla mübarizədə aktuallaşan məsələlərə diqqət çəkməliyik".
Professor əlavə edib ki, insanlar evdə müalicə olan xəstədən özünü təcrid etməlidir: "Bu gün ailədaxili yoluxmalar sürətlə artmaqdadır. Ailədaxili yoluxma qeydə alındıqda, həkimə müraciət edib, evdə müalicə oluna bilərlər. Lakin hər bir xəstə şəxs ətrafındakıları qorumalıdır.
Digər məsələ isə, vətəndaşlar xəstəlik haqqında məlumatlı deyillər. Şəxs soyuqlama halı hiss edən kimi, dərhal xəstəxanaya müraciət edərək, ağciyərləri rentgen və kompüter tomoqrafiya etdirməyə cəhd edir. Lakin görüntülər təmiz çıxdıqda, özünü sağlam hesab edir. Hamı bilməlidir ki, xəstəliyin ağırlaşması virus ciyərlərə düşdüyü zaman baş verir. İnsanlar qızdırması olan kimi Kt etdirməyə cəhd edir. Hamı bilməlidir ki, COVID-19 diaqnozun TK köməkçi diaqnoz vasitəsidir. COVID diqanozunda PZR analizləri əsas götürülür. Pambıq vasitəsilə yuxarı tənəffüs yollarından analiz götürülür. PZR müayinəsi bunu təsdiq edirsə, deməli şəxs xəstədir və bu barədə işə məlumat verib, evdə özünü təcrid rejiminə keçməlidir".
Akif Qurbanov bildirib ki, bəzi hallarda xəstəlik simptomsuz keçir:
"Biz hər birimiz soyuqlama əlaməti hiss etsək, COVID olduğumuzu düşünməliyik və dərhal özümüzü təcrid etməliyik. Bəzi hallarda PZR analizi neqativ olur, lakin xəstədə əlamətlər davam edir. Bu zaman xəstə günə də özünü təcrid qaydalarına əməl etməlidir" .
Professor vətəndaşlara tövsiyə edib ki, lazım olmadığı təqdirdə ictimai nəqliyyatdan istifadə etməsinlər:
"Görüşən zaman yaxın təmasdan qaçmaq lazımdır. Biz tədbirlərə diqqətlə əməl etsək, yoluxma saylarının artmasına imkan vemərik. İnsanların böyük qismində xəstəliyə qarşı immunitet yaratmasaq, pandemiya ilə mübarizəmiz çətin olacaq. Bəzi şəxslər ola bilər ki, özləri xəstələnib immunitet yaradacaq. Yaxın zamanda kütləvi COVID vaksinasiyası başlayacaq. Vaksinlər ölkəyə gətirildiyi zaman, proses başlayacaq. Mən əminəm ki, necə ki, vətən müharibəsində qələbə qazandıq, bu mübarizədə də qalib olacağıq. Biz birlikdə bu işin öhdəsindən gəlməliyik. Bu təkcə hüquq mühafizə orqanlarının, medianın işi deyil. Biz birlikdə güclüyük. Səhiyyə sistemimizi yükləməyək. Hələ də əsgərlərimiz müalicə olunmaqdadır. Biz özümüzü qorusaq, yaralı əsgərlərimizi də qorumuş oluruq"
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025





















