Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-10-2020, 13:32)
Referans Medical Group orduya belə dəstək oldu

 Referans Medical Group “Hər şey vətən üçün” devizi ilə vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq tibbi və sosial dəstək göndərib.
Bu barədə “Mediatv.az”a şirkətin mətbuat xidmətindən məlumat verilib.
“Ölkəmizin tarixində və taleyində həlledici olan bu döyüş günlərində xalqımızın və döyüş bölgəsində olan hər bir hərbçimizin yanında olduğumuzu bildirmək, onlara diqqət və qayğımızı göstərməklə dəstək olmaq və eləcə də digər müəssisə və qurumları da bu təşəbbüsə həvəsləndirmək məqsədilə  Referans ailəsi olaraq cəbhə bölgəsinə tibbi və sosial-iaşə dəstəyi göndərdik. Bir neçə gündür ki, Referans Medical Group tərkibindəki klinikaların (Leyla Medical Center, LOR Hospital, Referans laboratoriyası, poliklinikası, 36.6Med və s)  hər birindən ayrı-ayrılıqda həkim briqadaları, tam təchizatlı təcili tibbi yardım maşınları cəbhəboyu bölgədə xidmət göstərirlər. Bu gün də “Hər şey vətən üçün” deyərək Referans ailəsi olaraq Daşkəsənə yollandıq. Həm qida tədarükündə payımız olsun deyə ərzaq məhsulları, həm də yaralı soydaşlarımıza tibbi ləvazimatlar və həkim qüvvəmizlə dəstəyə gəldik.
Ölkəmizin maddi-texniki bazası və hərbi potensialının kifayət qədər olduğu hər kəsə məlumdur. Referans Medical Group tərkibinə daxil olan klinikalarla birgə həyata keçirdiyi bu təşəbbüslə ordumuzun, xalqımızın və dövlətimizin yanında olduğunu ifadə edir. Şirkət bundan sonra da bu istiqamətdəki səylərini davam etdirəcək, vətənimizin bütövlüyü uğrunda ön və arxa cəbhədə mübarizə aparan bütün soydaşlarımıza yardım göstərəcək.
Referans Medical Group olaraq qələbə uğrunda gedən döyüşlərdə həm ordumuza qoşulan tibb əməkdaşlarımız, həm də hərbi tibb məntəqələrinə yollanan həkim və təcili tibbi yardım briqadalarımız daxil olmaqla bütün hərbçilərin sağ-salamat, şad xəbərlə qayıtmalarını arzulayırıq.
Şanlı ordumuzun Azərbaycanımızın öz əzəli və əbədi torpaqları uğrunda həyata keçirdiyi zəruri əks-hücum tədbirləri haqq işidir və bu yolda bütün qəlbimizlə Ali Baş Komandanın əmrindəyik!
Qarabağ Azərbaycandır!”шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025