Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (5-09-2020, 21:08)
CAHANGİR ƏSGƏROV 47 MİN MANATLIQ GÜL KOMPOZİSİYASI ALIB

 “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti (QSC) 47 250 AZN-nə gül kompozisiyası alır.Yenisabah.az xəbər verir ki, qurum bu məqsədlə “Hotes Group” MMC ilə müqavilə bağlayıb.

Sözügedən MMC bir ildir fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Hotes Group” MMC 24 iyun 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Böyük Şor qəsəbəsi (Daş karxana) ev 515-də yerləşən MMC-nin qanuni təmsilçisi Allahverdiyev Ramil Vahid oğludur.

Açıq mənbələrdə nə Ramil Allahverdiyev, nə də “Hotes Group” MMC haqqında məlumat var. Bu da təbiidir. Çünki qeyd etdiyimiz kimi şirkət yeni yaranıb. Lakin AZAL-ın yeni yaranan bu şirkətə sevgisinin nədən qaynaqlandığı bəlli deyil. Adətən tenderlərdə sifarişçilər uzun illər fəaliyyəti olan, təcrübəli şirkətlərə üstünlük verirlər. AZAL fərqli yanaşma sərgiləyib.

47 250 AZN-ə gül kompozisiyasının hansı məqsədlə alınması da bəlli deyil.

Prezident İlham Əliyev bir müddət əvvəl AZAL-ın fəaliyyətini tənqid etmişdi. Ölkə başçısı bu quruma dövlət büdcəsindən yatırımlar qoyulsa da, onun divident vermədiyini bildirmişdi.


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
20 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025
19 09 2025