Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-09-2020, 08:31)
“Təxribatlar müharibə ilə nəticələnəcək!” - GƏLİŞMƏ

“Təxribatlar müharibə ilə nəticələnəcək!”
Tovuzun Ağdam kəndi Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalıb.
Ermənistan Silahlı Qüvvələri dünən kəndi iriçaplı silahlardan atəşə tutub.
Atəş nəticəsində Ağdam kəndinin sakini Qara Yusifovun evinə və həyətyanı sahəsinə ziyan dəyib. Sakinlər arasında xəsarət alan olmayıb. Bu da Ermənistanın sayını itirdiyimiz növbəti təxribatıdır. Əslində artıq saymaq yox, cavab vermək lazımdır. Ziyalılar, ictimai-siyasi xadimlər də düşünürlər ki, düşmən layiqli cavabını almayınca sakitləşməyəcək.

Millət vəkili Fəzail Ağamalı “Sherg.az”a danışarkən bildirib ki, düşmən təxribatlarına son qoymağın bircə yolu var:

“Ermənistan tarixi cavabı almayınca, layiq olduğu itkilərə məruz qalmayınca təhdidlərə ara verməyəcək. Düşmən işğalçılıq siyasətini zərrə qədər də azaltmır. Hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq, işğalçılıq niyyəti onların siyasətində əsas yer tutacaq.

Faşizm, millətçilik ənənəsi davam edəcək. Gördük ki, ermənilər Tovuz döyüşlərində zərbələr aldıqdan sonra da işğalçılıq siyasətindən əl çəkmədilər və çəkməyəcəklər. Biz bunu birdəfəlik bilməliyik.

Ona görə də bütün qüvvələrimizi səfərbər edib müharibəyə başlamalıyıq. Ermənistan hərbi qüvvələrini yerlə-yeksan etməliyik ki, uzun müddət özlərinə gələ bilməsinlər”.

F.Ağamalının sözlərinə görə, müharibə qaçılmazdır:

“Rusiya Ermənistanı silahlandırdıqca düşmənin təxrtibatları davam edəcək. Mənim bu təxribatların genişmiqyaslı hərbi əməliyyatlarla nəticələnəcəyinə şübhəm yoxdur. Müharibəyə hazır olmalıyıq. Ermənistanı himayə edən heç kəsin xahişinə, təzyiqinə, müraciətinə məhəl qoymadan torpaqlarımızı azad etmək hərəkətə keçməliyik. Ermənilərə elə zərbə vurmalıyıq ki, dövlət olaraq çöksün və faşist, vandal niyyətinə çata bilməsin”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025