Sosial / Slayd (16-04-2020, 14:45)
8-ci kilometr bazarında “koronovirus alveri”

Məlum olduğu kimi, Koronovirus epidemiyasının yayılmağa başladığı ilk günlərdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın rəsmi dövlət strukturları qabaqlayıcı tədbirlər planı hazırlamış və onu uğurla həyata keçirməkdədirlər. Nazirlər Kabineti yanında Operativ Qərargah epidemiyanın genişlənməsinin qarşısını almaq məqsədi ilə ardıcıl və çevik qərarlar qəbul edir və onların icrasına birbaşa nəzarət edir. Dövlət insanlarımızın rifahı naminə iqtisadi itkiləri belə nəzərə almır. Görülən tədbirlər artıq öz səmərəsini verməkdədir. Azərbaycanın ən az itki ilə bu fəlakətdən çıxa bilməsini göstərən faktlar göz qabağındadır. Yoluxanların sayı azalmaqda, sağalanların sayı isə gündən-günə artmaqdadır. Lakin bütün bu müsbət göstəricilərlə yanaşı, dövlətin gördüyü tədbirlər üzərinə kölgə salmaq istəyən struktur və təşkilatlar da mövcuddur. Mediatv.az xəbər verir ki onlardan biri də 8-ci kilometr bazarıdır. Bazar rəhbərliyi sanki ölkədəki xüsusi karantin rejimindən, epidemiyanın yayılması təhlükəsindən bixəbərdir. Bazardakı əksər işçilər maskasız, əlcəksiz alver edir, heç bir antiseptik maddədən istifadə edilmir.Süd pendir məhsulları açıq şəraitdə satılır.Bazarının içi virus mənbəyidir.Bazar antisanitariya şəraitində fəaliyyət gösdərir.
Hansı satıcıya irad bildirirsən, günahı dərhal bazar rəhbərliyinin üstünə atır. Halbuki Nazirlər Kabineti yanında Operativ Qərargahın görəcəyi tədbirlər sırasında ilk növbədə ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən tələb edilən qaydalara riayət olunaraq həyata keçirilməsi mütləq şərt kimi irəli sürülüb. Nazirlik hətta xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi sahəsində də bir sıra tədbirlərin görülməsi barədə də qərar vermişdir. Belə çıxır ki, bütün bu qərarların bazar rəhbərliyinə heç bir aidiyyatı yoxdur. Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxlamaq istədiksə də cəhdlərimiz boşa çıxdı.
Firuzə Abbasova

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025