Sosial (Bu gün, 09:23)
Mədəniyyət nazirliyində baş verənlərin İLGİNC UZANTISI... - "Bu təyinatın arxasında kim dayanır?"
"Facebook-da mənə bir izləyici tərəfindən yazılan məlumatı sizinlə bölüşmək istəyirəm. O, mədəniyyət sahəsində baş verən haqsızlıqların pərdəarxasında kimlərin dayandığı ilə bağlı ciddi iddialar səsləndirib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında paylaşan əməkdar artist Mehriban Xanlarova qeyd etdiyi mənbəyə istinadən olduqca ilginc faktları təqdim edib.
Əməkdar artist daha sonra bildirir: "Dediyinə görə, bu proseslərin koordinasiyasında Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Fərəh Əliyevanın mədəniyyət üzrə kuratoru Sahil Hacıyev xüsusi rol oynayır.
Əgər deyilənlər doğru çıxarsa, haqlı olaraq sual yaranır: Necə olur ki, cənab Prezidentə açıq şəkildə müxalif mövqedə olan bir şəxsin yaxın qohumu bu qədər mühüm və həssas vəzifəyə gətirilir? Bu təyinatın arxasında kim dayanır?İnsan düşünməyə bilməz: Görəsən, bu proses Ramiz Mehdiyevin köhnə “kadr şəbəkəsi”nin təsiri iləmi baş tutub? Axı Fərəh Əliyeva kimi strukturu dərindən bilən, hər addımını ölçüb-biçən biri bu qədər açıq bir “səhvi” necə edə bilər?
Bu əlaqələr, səsləndirilən iddialar və təyinatın arxa planı mütləq şəkildə aidiyyəti dövlət orqanları tərəfindən araşdırılmalıdır. Bu, həm dövlət idarəçiliyində şəffaflığın təmin olunması, həm də mədəniyyət sahəsinə qarşı yönəlmiş haqsızlıqların kökündə dayanan mexanizmlərin üzə çıxarılması üçün zəruridir..."
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
12 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025

























