Region (Bu gün, 19:00)
Qubada “Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir” mövzusunda konfrans keçirilib.
Qubada “Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir” mövzusunda konfrans keçirilib.
11 dekabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Quba rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir” mövzusunda konfrans keçirilmişdir. Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə və təşkilatlarının rəhbərləri, həmçinin YAP Quba rayon təşkilatının fəalları iştirak etmişdir.
Çıxışlarda qeyd edilmişdir ki, bütün ömrünü canından da artıq sevdiyi Azərbaycana, müqəddəs bildiyi xalqına xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyev xalqa, vətənə sevgisini öz tarixi xidmətləri və yorulmaz fəaliyyəti ilə sübuta yetirmişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını yaradan Ulu Öndər öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi Azərbaycanın dövlət müstəqilliyini əbədi, sarsılmaz və dönməz etmişdir. Ümummilli Liderimizin gərgin diplomatik səyləri və şəxsi nüfuzu sayəsində respublikamız mötəbər beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul edilmiş və dünyada öz mövqeyini möhkəmləndirmişdir.
Hazırda Ümummilli Liderimizin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük inamla və uğurla davam etdirilir. Xalqımız 30 il həsrətində olduğu doğma torpağına, 44 gün davam edən Vətən Müharibəsini və 2023-cü ilin sentyabrın 19-u 20-də 1 gündən az davam edən antiterror əməliyyatını qalibiyyətlə başa vuraraq hərb tarixinə yeni səhifə yazmaqla qovuşmuşdur. Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində uğurlu addımlar atılır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirmişdir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
11 12 2025
10 12 2025
























