Sosial (Dünən, 13:35)
Nazirin dostunu müavin göndərdiyi Agentlikdə 9,6 milyon manatlıq tenderə hazırlaşır

Teref.az xəbər verir ki, Agentliyin tabeliyində olan Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün dabaq (A.O. SAT 2) xəstəliyinə qarşı peyvənd vasitələrinin satınalınması nəzərdə tutulur. Bu məqsədlə ayrılması planlaşdırılan vəsait 3 milyon 796 min manat təşkil edir.
Bundan əlavə, dabaq (A.O. Asiya 1, SAT 2) xəstəliyinə qarşı digər peyvəndlərin satınalınması da planlaşdırılıb. Bu satınalmanın ehtimal olunan dəyəri 5 milyon 788 min 500 manat olaraq göstərilir.
Həmçinin, kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilər üçün xüsusi geyim forması və fərqlənmə nişanlarının satın alınması nəzərdə tutulub. Bu istiqamətdə ayrılacaq vəsait 55 min 564 manat 73 qəpikdir.
Ümumilikdə Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçiriləcək satınalmaların dəyəri 9 milyon 640 min manatdan çoxdur.
Xatırladaq ki, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovdur. Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri isə Sərdar Hacıyevdir.
Qeyd edək ki, Qaynarinfo-nun yaydığı məlumata görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun əmri ilə onun dostu Taleh Zeynalov Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025