Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 12:26)
Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?!-...şübhələnməyə əsaslar var

 “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi 12.11.2025-ci ildə dövlət satınalmalarının vahid internet portalında keçirilmədən, yəni birmənbədən satınalma metodu tətbiq etməklə bağladığı satınalma müqavilələri barədə məlumat yayıb. 
İstisu qəsəbəsinin layihələndirilməsi xidmətinin satın alınması üzrə 836.620 manat dəyərində müqavilə “Kooplayihə-AHB” firması ilə bağlanılıb.
Kəlbəcər şəhər parkının layihələndirilməsi üzrə 706.820 manat dəyərində satınalma müqaviləsi Bakı Dövlət Layihə İnstitutu ilə bağlanılıb.
Dalqılınclı kəndinin layihələndirilməsi xidmətinin satın alınması üzrə 695.770,48 manat dəyərində satınalma müqaviləsi “ARCRİSE” MMC ilə bağlanılıb.
Bu məlumatlardan da göründüyü kimi Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti layihələndirmə işləri üzrə ümumi dəyəri 2 239 410 manat üç satınalma müqaviləsini birmənbədən satınalma metodu tətbiq etməklə bağlayıb. Bəs qanun hansı hallarda birmənbədən satınalma metodu tətbiq etməyə yol verir?
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, qəsəbələrin layihələndirilməsi xidmətinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Qurumun müqavilə bağladığı şirkətlər də konkret təchizatçı deyillər. Amma Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti satınalma prosedurunu bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
İndi gəlin görək Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birmənbədən satınalma metodu ilə müqavilə bağladığı şirkətlər barədə açıq mənbələrdə nə kimi məlumatlar var. 
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Kooplayihə-AHB” (VÖEN: 1300434701) firmasının  24.12.2004-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 1000 manat olan firmanın hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, HƏSƏNBƏY ZƏRDABİ PR., ev.78, qanuni təmsilçisi kimi isə Xəlilov Hüseyin Artıx oğlu qeyd olunub. Hazırkı tarixə firmanın  3426.98 manat vergi borcu var.
“Kooplayihə-AHB” firması bundan əvvəl Füzuli rayonu ərazisində yerləşən Qarakollu kənd yaşayış məntəqəsinin işçi layihələrinin optimallaşdırılması üzrə 414.655,96 manat dəyərində və “Füzuli rayonu ərazisində yerləşən Qarakollu kəndinin layihələndirilməsi” üzrə 1.595.478 manat dəyərində tenderləri də birmənbədən satınalma metodu ilə əldə edə bilib. 
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birmənbədən satınalma metodu ilə müqavilə bağladığı “ARCRİSE” MMC-yə gəlincə.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ARCRİSE”   (VÖEN: 1806808871) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.09.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, SABUNÇU RAYONU, KÜRDAXANI ŞTQ, VASİF DADAŞ (KÜRDƏXANI QƏS.), ev.8a, m.-, qanuni təmsilçisi kimi isə Mustafayev Sərvər Yusif oğlu qeyd olunub.
Reyestr məlumatlarından da göründüyü kimi MMC cəmi bir il əvvəl yaradılıb. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “ARCRİSE” MMC siftə tenderi Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən udub, həm də birmənbədən satınalma metodu ilə. Cəmi bir il əvvəl dövlət qeydiyyatına alınmış bir MMC-nin isə birmənbədən satınalma metoduna cəlb edilməsi və  695.770,48 manat dəyərində müqavilə bağlanılması şübhələnməyə ciddi əsaslar verir.
Qeyd edək ki, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi 10.07.2024-cü ildə Prezident İlham Əliyevin Fərman ilə yaradılıb. Eyni zamanda,“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Müşahidə Şurasının sədri Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəs Bəşir Hacıyevdir.
Üzvləri isə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov,  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynovadır.
Nizamnamə kapitalı 500 000 manat olan Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktoru Şolan Emil Fərhad oğludur. Emil Şolanın əvvəlki fəaliyyəti ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur.(aktualinfo.net) 
шаблоны для dle 11.2

Xəbər lenti
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
13 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025