Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, bu Dövlət Məşğulluq Agentliyi ilə fiziki şəxs Gülnarə Sultan qızı İbadova arasında ilk anlaşma deyil.
Tərəflər arasında Lənkəran-Astara Regional Məşğulluq filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə 17.205 manat məbləğində satınalma müqaviləsi 26.11.2025-ci ildə bağlanılıb. Müqavilə birmənbədən satınalma metodu tətbiq edilməklə bağlanıb. Müqavilənin başlanma tarixi 25.11.2025-ci il, bitmə tarixi 05.06.2028-ci ilə müəyyən edilib. Göründüyü kimi ofis sahəsinin icarəsi müqaviləsi 30 ay müddətinə bağlanıb. Bu müqaviləyə görə ofis sahəsinin aylıq icarəsi 573 manat təşkil edib.
Dövlət Məşğulluq Agentliyinin Aparatı üçün ofis sahəsinin icarəsi xidmətinin satınalınması üzrə 1.499.299,8 manat məbləğində satınalma müqaviləsi 03.02.2025-ci ildə bağlanılıb. Bu müqavilənin başlanma tarixi 31.01.2025-ci il, bitmə tarixi 01.02.2026-cı ilə müəyyən edilib. Şərtlər toplusuna görə 8.335 m(2) ofis sahəsinin icarəsi müqaviləsi 12 ay müddətinə bağlanıb.
Ofis sahəsinin icarəsi üzrə birmənbədən satınalma metodu tətbiq edilməklə 19.489,08 manat məbləğində satınalma müqaviləsi 08.01.2025-ci ildə bağlanılıb. Müqavilə birmənbədən satınalma metodu tətbiq edilməklə bağlanıb. Müqavilənin başlanma tarixi 01.01.2025-ci il, bitmə tarixi 01.02.2025-ci ilə müəyyən edilib. Göründüyü kimi ofis sahəsinin icarəsi müqaviləsi 1 ay müddətinə bağlanıb.
Bu məlumatlardan da göründüyü kimi Dövlət Məşğulluq Agentliyi fiziki şəxs Gülnarə İbadova ilə 2025-ci il ərzində ümumi dəyəri 1 669 193 manat olan 4 satınalma müqaviləsi bağlayıb. Bağlanılması planlaşdırılan müqaviləni də üstünə gələndə bu 4 667 792 manat təşkil edir.
Satınalmaların portalında verilmiş elandan da göründüyü kimi Dövlət Məşğulluq Agentliyi Dövlət Məşğulluq Agentliyinin Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətini həyata keçirir.
Buradan ortaya suallar çıxır. Bu qədər əmlaka sahib olan Gülnarə Sultan qızı İbadova kimdir? Dövlət Məşğulluq Agentliyinin həm Aparatı üçün, həm də Mərkəzi filialları üçün ofis sahəsini icarəyə verən bu xanımda bu qədər əmlak hardandır?
Dövlət Vergi Xidmətinin reyestr məlumatları üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Gülnarə Sultan qızı İbadova (VÖEN: (1605375812) vergi ödəyicisi kimi Bakı şəhəri, Nizami rayonu, Mirzə Xəlil Şərifli ev 2A, mənzil 20 ünvanında daimi qeydiyyatdadır. Açıq və rəsmi mənbələrdə Dövlət Məşğulluq Agentliyinin ofis sahəsinin icarəsi üzrə 1 il ərzində ümumi olaraq 4 667 792 manat dəyərində müqavilə bağladığı fiziki şəxs Gülnarə İbadova barəsində heç bir məlumat yoxdu.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi ölkədə əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini icra etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində yaradılan publik hüquqi şəxsdir. Azərbaycan Respublikasının vətəndaşlarına xidmətin zəruriliyi nəzərə alınaraq, 16 fevral 2011-ci ildə ƏƏSMN yanında Baş Məşğulluq İdarəsinin bazasında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti yaradıldı. Növbəti 10 iI ərzində Xidmətin fəaliyyəti daha da şaxələnərək və miqyası genişlənərək 30 dekabr 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi yaradılıb. Ağentliyin sədri Sadiq Əliyevdir. O, 29 may 2024-cü ildən bu vəzifəyə təyinat alıb. Daha əvvəllər İqtisadiyyat Nazirliyində, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.(aktualinfo.net)









Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən Dövlət Məşğulluq Agentliyinin Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə keçirilən açıq tenderdə fiziki şəxs Gülnarə Sultan qızı İbadova qalib elan edilmiş və qeyd edilən şirkət ilə 2.998.599,60 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Məlumat satınalmaların portalında 08.12.2025-ci ildə dərc edilmişdir.


















