Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 12:08)
KTN-də qalmaqallı təyinat gözlənilir – Korrupsioner məmur yenidən direktor olacaq?

 Dövlətə külli miqdarda ziyan vuran, haqqında bir neçə maddə ilə cinayət işi açılan və məhkəmə hökmü məhkum edilən Çərkəz Şirinovun “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Aran Regional İdarəsi rəisi təyin olunacağı gözlənilir...

Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətində qalmaqallı təyinat gözlənilir.

Poliqon-nun əldə etdiyi məlumata görə bir müddət öncə dövlətə külli miqdarda ziyan vuran və haqqında bir neçə maddə ilə cinayət işi açılan Çərkəz Şirinovun himayədarları vasitəsi ilə yenidən direktor vəzifəsiniə gətirildiyi bildirilir.

Məlumata görə Çərkəz Şirinov direktor vəzifəsinə Kənd Təsərrüfatı Nazirliyinin Daxili nəzarət və audit şöbəsindəki vəzifəli şəxsin yardımı ilə təyin olunmaq üzrədir.
 Bildirək ki, Çərkəz Şirinov bir neçə il öncə Mərkəzi Aran Regional İdarəsinin direktoru işləyib. Həmin dövrdə dövlətin külli miqdarda dövlət vəsaitini mənimsədiyi üçün cinayət işi açılıb. Belə ki, Çərkəz Şirinova müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3-cü (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və başqa maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Çərkəz Şirinov dövlətə ümumilikdə 157 min manat məbləğində maddi ziyan vurduğuna görə icbari islah cəzası ilə cəzalandırılıb. Maraqlı məqam isə odur ki, mənimsəməyə görə işçdən çıxarılan və haqqında cinayət işi açılıb, haqqında məhkəmə hökmü olan birisinin yenidən eyni vəzifəyə gətirilməsi isə Azərbaycanda reallığında görünməyən hadisələrdən biridir.

Poliqon.info
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025