Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (3-08-2020, 16:29)
Kim daha çox maaş alır: Azərbaycan, Gürcüstan yoxsa Ermənistan deputatları? - MƏBLƏĞ

Kim daha çox maaş alır: Azərbaycan, Gürcüstan yoxsa Ermənistan deputatları?
Milli Məclisin deputatı Erkin Qədirlinin aldığı əmək haqqı və xərclərilə bağlı yazdığı status mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bu müzakirələrin fonunda mətbuata müsahibə verən millət vəkili Fazil Mustafa isə bildirib ki, Azərbaycan Milli Məclis üzvlərinin maaşları Ermənistan və Gürcüstandakından azdır.
Yeniavaz.com maraqlı olacağını nəzərə alaraq Azərbaycan, Ermənistan və Gürcüstan parlamenlərində deputatların aldığı əmək haqqını araşdırıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda millət vəkillərinin maaşı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, bu Qanunun 21-ci maddəsi deputatların maddi təminatından bəhs edir .
“Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.
Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.
Eyni zamanda ötən ilin yanvar ayının 1-dən qüvvəyə minən “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyə əsasən 21-ci maddəyə “Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar” bəndi əlavə olunub .
Qanunun 21-ci maddəsində qeyd olunanlar əsasən apardığımız hesablama göstərir ki, Milli Məclisin sədri ay ərzində 2475 manat vəzifə maaş, 2475 manat vəzifə maaşına əlavə və 1237,5 manat səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün aylıq pul təminatı alır. Nəticədə Milli Məclisin sədrinin ay ərzində aldığı vəzifə maaş, vəzifə maaşına əlavə və aylıq pul təminatının cəmi 6187,5 manat olur.
Bundan başqa apardığmız analoji hesablamaya əsasən Milli Məclisin sədrinin 1-ci müavini ay ərzində 5 min 568 manat 75 qəpik, Milli Məclisin sədrinin müavini 5 min 258 manat 37 qəpik, Milli Məclisin komitə və komissiya sədri 4 min 950 manat, Milli Məclisin komissiya sədrinin müavini 4 min 640 manat 62 qəpik, sıravi deputat isə 4 min 331 manat 25 qəpik məbləğində maaş, əlavə və pul təminatı alır.
Qeyd edək ki, açıq internet resurslardan (rəsmi mənbələr) apardığımız araşdırma göstərir ki, Ermənistan parlamentinin spikerinin aylıq əmək haqqı 2 533 dollar (1 milyon 190 min 520 dram) və ya mövcud məzənnə ilə hesabladığımız zaman 4 min 306 manata bərabər olur. Bundan başqa Ermənistanda parlamentində sıravi deputatın maaşı 1 407 dollar (661 min 400 dram) və ya mövcud məzənnə ilə hesabladığımız zaman 2 min 392 manat təşkil edir (bu linkdən baxa bilərtsiniz).
Gürcüstan parlamentinin deputatları isə 1572 dollar (4624 lari) və ya mövcud məzənnə ilə hesabladığımız zaman 2 min 674 manata bərabərdir. Eyni zamanda gürcü deputatlar əmək haqqından əlavə 610 dollar (1790 lari) və ya mövcud məzənnə ilə hesabladığımız zaman 1035 manat deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar aylıq pul təminatı alırlar. Nəticədə Gürcüstan parlamentinin deputatları ay ərzində 2 min 182 dollar (3 min 710 manat) əmək haqqı alırlar .
Yuxarıdakı rəqəmlərdən göründüyü kimi Azərbaycan Milli Məclisinin deputatının aylıq vəzifə maaşı (1 732,5 manat) Ermənistan və Gürcüstan deputatlarının aylıq vəzifə maaşından aşağı olsa da, əlavələrlə birlikdə aldıqları yekun vəsait onlardan daha yüksəkdir.
Beləliklə, Azərbaycanda millət vəkillərinin alıqları aylıq maaş, əlavə və digər pul təminatı 2 547 dollar (4 min 331 manat), Ermənistan deputatlarınən aldıqları əmək haqqı 1 407 dollar (661 min 400 dram), Gürcüstan deputatlarının alıdıqları əmək haqqı isə 2 min 182 dollar (6 min 414 lari) təşkil edir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024