Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 16:36)
Binəqədidə transformatorların ətrafını tullantı suları basıb - TƏHLÜKƏ

bitmap-img6

Binəqədidə transformatorların ətrafını tullantı suları basıb – TƏHLÜKƏ

Kanalizasiya boruları dolub daşır. Özü də yaxınlıqdakı böyük elektrik ötürücülərinin düz yanında...

Xezerxeber.az xəbər verir ki, paytaxtın Binəqədi qəsəbəsində, mədən adlanan ərazidə gözlə görünən ciddi bir təhlükə var. Sakinlər deyirlər ki, bu tullantı suları transformatorlara çatsa, təsəvvürə gətirilməyəcək hadisə baş verə bilər.

Sakinlər xəttin digər tərəfindəki quyunun üstünü kustar üsulla örtüblər. Lakin burada xəttin üzərini bağlayanda tullantı suları trasnformatorların olduğu tərəfdən daşmağa başlayır.

Məsələ ilə bağlı İri Şəhərlərin birləşmiş su təchizatı xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, qeyd olunan ərazidə işıq transformatorlarında qəza baş verib. Qəza nəticəsində kanalizasiya xətti yanaraq sıradan çıxıb. Bu da ətrafa çirkab suların yığılması ilə nəticələnib.

Binəqədi Sukanal İdarəsinin Qəza xidməti tərəfindən günün sonuna kimi xəttin sıradan çıxmış hissəsi yenisi ilə əvəz olunacaq.




шаблоны для dle 11.2

Xəbər lenti
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
14 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025