Siyasət / Dünya (6-11-2018, 18:00)
Ekspert: ABŞ İrana təzyiq üçün Qarabağda baza yaratmaq istəyir

Mediatv.az xəbər verir ki, bu fikirləri “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyevlə bazar axşamı” verilişində çıxışı zamanı Xəzər Əməkdaşlığı İnstitutunun baş direktoru Sergey Mixiyev deyib.
“ABŞ-ın İran strategiyasında müzakirə etmədiyimiz, ancaq bizim üçün kifayət qədər təhlükəli olan məsələ var – bu, Ermənistandır. Şübhəsiz ki, amerikalılar İranla döyüşməkdən qorxur, ancaq prinsipcə, burada ona təzyiq nöqtəsi hazırlayır”, - o bildirib.
“İndi nə baş verir? Ermənistanda hakimiyyət dəyişikliyi oldu. Onların amerikalılarla əlaqəsinin olmamasından danışmaq siyasi nəzakətdir və mənim stilimdə deyil. Onlar amerikalılarla birbaşa bağlıdır, orada ABŞ-ın çoxlu əlaltısı var”, - Mixiyev əlavə edib.
“Amerikalılar hazırkı Ermənistan rəhbərliyinə Qarabağ məsələsinin həllini vəd edərək, deyirlər: rayonları verin, biz isə ora ABŞ qoşunlarının kontingenti yerləşdirək – şimalda İrana qarşı təzyiq bazası yaradaq. Bu, amerikalıların Zaqafqaziyada reallaşdırmaq istədiyi variantlardan biridir”, - politoloq bildirib.
“Gürcüstan, Ermənistan, Azərbaycana səfər edən Bolton da bu məsələ ilə məşğul olub. Düşünürəm ki, bu baş tutmayacaq, ancaq ermənilərə bu variantın təklif edilməsi doğrudur”, - Mixiyev qeyd edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025