Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (6-02-2018, 17:00)
Xərçəngin başlıca səbəbi məlum oldu

Xərçəngin başlıca səbəbi məlum oldu

 

Şotlandiyanın Dandi Universitetinin alimləri qocalan immun sisteminin xərçəngə səbəb olduğunu ortaya çıxarıb.

Mediatv.az  xəbər verir ki, tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences”  jurnalında dərc olunub.

Əldə olunan nəticələr onkoloji xəstəliklərin profilaktikası və müalicəsi üzrə yeni metodların hazırlanmasına kömək edəcək.

Bədxassəli şişlərin inkişafı ehtimalı yaşın artması ilə kəskin şəkildə artır. Bu, onunla izah olunur ki, vaxtaşırı DNT-də törəmələrə yol aça bilən qüsurlar toplanır.

Alimlər iddia edir ki, xərçəngin inkişafı üçün beş və ya altı mutasiyaya ehtiyac var.

Mütəxəssislər xərçəngdən əziyyət çəkən 18-70 yaşlarında olan iki milyona yaxın insanın xəstəlik tarixçəsini təhlil edib. Daha sonra  immun sistemin fəallığının aşağı düşməsinin şişlərin əmələ gəlməsi ehtimalına nə dərəcədə təsir etdiyini hesablamağa imkan verən tənlik qurub,  nəzəri nəticələri 100 növ bədxassəli törəmə haqqında faktiki məlumatlarla müqayisə edib.

Məlum olub ki, mutasiyaların toplanması fərziyyəsindən fərqli olaraq, bu model xərçəng riskini daha effektiv şəkildə müəyyən etməyə kömək olur.

İmmun sisteminin qocalmasına təsir edən əsas amil T-hüceyrələrin yetkinləşməsinin baş verdiyi timusun (çəngələbənzər vəzi) funksionallığının pozulmasıdır. Hər 16 ildən bir insanın çəngələbənzər vəzisi ölçü baxımından kiçilir, bu isə öz yerində şiş hüceyrələrini tapan və onları məhv edən limfosiylərin hasilatını zəiflədir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024